8 Noyabr-Zəfər Günüdür
Azərbaycan torpaqlarının 20 faizinin işğal altında,azərbaycanlıların isə bir milyonunun qaçqın və köçkün kimi başqa ərazilərdə məskunlaşması az qala 30 ilə yaxın idi ki,bütün dünyaya bəlli idi.SSRİ-nin dağılması və ona daxil olan respublikaların müstəqil ölkəyə çevrilməsi prosesində ermənilər “böyük ermənistan” qurmaq siyasətini yenidən işə salaraq əvvəlcə ermənistanda yaşayan azərbaycanlıları deportasiya edərək etnik təmizləmə apardılar,sonra isə Dağlıq Qarabağ və ona qonşu olan rayonların ərazisini zəbt edərək azərbaycanlıları buradan qovdular.Bu prosesdə minlərlə uşaq,qoca,qadın vəhşicəsinə öldürülmüş,minlərlə azərbaycanlı isə yaralanmışdı.
Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində atəşkəsə nail olunmuş,müharibənin qarşısı alınmışdı. Ulu Öndərin ən ümdə siyasəti torpaqlarımızın işğaldan azad edilməsi və yurd-yuvalarını məcburən tərk etmiş soydaşlarımızın yenidən öz yurdlarına qayıtması üçün beynəlxalq danışıqlar aparılması,erməni millətçilərinin iç üzünün beynəlxalq səviyyədə açılması idi.Lakin hələ Fransa,İngiltərə,ABŞ və başqa böyük dövlətlər sözdə Azərbaycanı dəstəkləsə də,ikili siyasət aparır və Ermənistana havadarlıq edirdilər.
Ali Baş Komandan İlham Əliyev prezident seçiləndən sonra da bu danışıqları yüksək səviyyədə davam etdirir və Azərbaycanın işğala məruz qalmış ölkə olduğunu beynəlxalq səviyyədə bildirirdi.Prezident bütün danışıqlarda onu da bəyan edirdi ki,danışıqlar nəticəsiz qalarsa ölkəmiz müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edəcəkdir.Bunun üçün Azərbaycana güclü iqtisadiyyat,müasir tələblərə cavab verən güclü ordu lazım idi və möhtərəm Prezident bu sahədə çox güclü addımlar ataraq ölkəmizin güclü iqtisadiyyata malik olması üçün lazımi tədbirləri həyata keçirdi.İ.Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizə xarici şirkətlərin marağı artmış,iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmək üçün müqavilələrin sayı artmışdı. Nəticədə ölkəmizin iqtisadi inkişafı gündən günə beynəlxalq səviyyədə böyük bir marağa səbəb oldu,yeni investorların ölkəyə gəlməsinə və bununla yanaşı ölkəmizin gəlirlərinin artmasına zəmin yarandı.
1990-95-ci illərdə Azərbaycan ordusu regionda tanınmayan,daxili çəkişmələrlə daha da zəifləyən, silahlanma baxımından da nəzəri cəlb etməyən bir ordu idi.Lakin Ulu Öndər H.Əliyevin hərbi sahədə müdrik siyasəti,sonra isə möhtərəm Prezident İ.Əliyev tərəfindən bu siyasətin davam etdirilməsi hərbi sənayenin inkişafına,ordu quruculuğunun sürətləndirilməsinə səbəb oldu.Hərbi sənayenin inkişafı nəticəsində ölkəmiz hərbi texnika,silah və sursat istehsalçısına çevrilmiş,orduda aparılan islahatlar isə Azərbaycan Ordusunun regionun ən güclü,ən yaxşı silahlanmış ordusuna çevrilməsinə zəmin yaratdı.Beləliklə,möhtərəm Prezident İlham Əliyevin apardığı siyasət lazım gələrsə,torpaqlarımızın azad edilməsi üçün döyüşməyə hazır olan bir ordu yaradılması ilə nəticələndi.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ATƏT-in Mİnsk qrupu uzun illər tərəflər arasında danışıqlar təşkil etmiş,lakin elə Minsk qrupu da ikili siyasət yeridərək Ermənistanı müdafiə etmiş,danışıqların nəticəsiz qalmasına səbəb olmuşdur.Azərbaycan uzun illər informasiya blokadasını yarmaq üçün mübarizə apararaq ölkəmizin haqq səsini dünyaya çatdırmağa nail oldu və artıq bir çox ölkələr haqq işində Azərbaycanı dəstəkləməyə başladı.Bu prosesdə qardaş Türkiyənin gördüyü işlər danılmazdır.İkitərəfli,üçtərəfli danışıqlar gedərkən Ermənistan dəfələrlə atəşkəsi pozaraq kənd və şəhərləri,Azərbaycanın hərbi mövqelərini atəşə tutmuş və insan itkilərinə səbəb olmuşdu.Bu da Azərbaycanı danışıqlar stolunu tərk edib məsələni hərbi yolla həll etməyə vadar etdi. 2020-ci ilin 27 sentyabrında erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif əraziləri intensiv atəşə tutuldu və Ali Baş Komandan torpaqlarımızın düşmən işğalından azade dilməsi üçün hərbi əməliyyatlara başlamaq əmrini verdi.Beləliklə 44 günlük Vətən Müharibəsi başlandı.
Azərbaycan Ordusu 44 günlük müharibədə nəyə qadir olmasını göstərməklə yanaşı,yeni döyüş taktikası ilə dünyanın aparıcı hərbi mütəxəssislərini heyrətə saldı,müharibə tarixində yeni səhifə yazdı.44 günlük zəfər yürüşündə Azərbaycanın 5 şəhəri,4 qəsəbəsi və 286 kəndi düşmən tapdağından azad edildi.Ən önəmlisi isə noyabrın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi,xalqımızın iftixarı olan Şuşanın azad edilməsi oldu. Şuşanın azad edilməsi dünya hərb tarixinin parlaq səhifəsidir,heç bir texnikadan istifadə etmədən,yalnız canlı qüvvə ilə Şuşanın alınması dərsliklərə düşəcək bir hərbi əməliyyatdır.
44 günlük müharibə sübut etdi ki,ordumuz dünyanın ən mütəşəkkil,yaxşı silahlanmış,hərbi bacarığı ilə seçilən və güclü taktiki gedişlərə malik olan müasir ordudur.Bu ordunun qurulması üçün isə uzun illər ağır zəhmət çəkilmişdir.Vətən müharibəsindəki qələbəmiz xalqımızın mütəşəkkilliyi,əsgərlərimizin torpaq uğrunda canlarından keçməyə hazır olması demək idi.
Cəbhədəki uğurlarımız 2020-ci il noyabrın 10-da Azərbaycan,Rusiya və Ermənistan arasında üçtərəfli müqavilənin imzalanması və Ermənistanın rəsmən kaputilyasiyası ilə nəticələndi.Beləloklə xalqımızın 30 illik həsrətinə son qoyuldu,əzəli Azərbaycan torpaqları işğaldan azad edildi.
İndi işğaldan azad edilmiş torpaqlara yeni nəfəs,yeni nəfəs vermək lazım idi.Otuz il ərzində erməni quldurları bu yerlərdəki inzibati binaları,məktəb və xəstəxanaları,yaşayış evlərini,tarixi-mədəni abidələri dağıtmış, yandırmış və ya yer üzündən silmişlər.Təsadüfi deyil ki,işğal olan torpaqlarımızda olmuş xarici mütəxəssislər Ağdamı “XXI əsrin Xirosiması” adlandırmışlar.Bu torpaqlar işğaldan azad olan gündən möhtərəb Prezidentin rəhbərliyi ilə Qarabağa “Böyük qayıdış” planı işlənib hazırlanmağa və həyata keçirilməyə başladı.
Heç bir müharibə itkisiz ötüşmür.Torpaqlarımızın azad edilməsi uğrundakı döyüşlərdə 3 mindən artıq əsgər və zabitimiz şəhid olmuşdur,onların arasında bir nəfər qadın da var.Yüzlərlə əsgər və zabitimiz müxtəlif dərəcələrdə yaara almışlar.Şəhid ailələrinə qayğı və hörmət,yaralılarımızın müalicəsinin təmin edilməsi,şəhid ailələri və müharibə iştirakçılarının həyat şəraitinin yaxşılaşdırılması,onların mənzillə,işlə təmin edilməsi və müxtəlif imtiyazların tətbiqi dövlətimizin qələbədən sonrakı siyasətinin əsasını təşkil edir.Yüzlərlə qazımız dövlət hesabına xaricdə müalicə olunub qayıtmışdır.Hamımız bu qələbəyə görə şəhidlərimizə və qazıla-rımıza borcluyuq.
Qələbədən keçən 3 il ərzində Qarabağda və işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparıl-mağa başlanıb.Bu zonada beynəlxalq aeroportlar tikilib istifadəyə verilib,yol strukturu yenilənməyə başla-yıb.Bütün bunlar xarici şirkətlərin Qarabağın bərpası işlərinə cəlb etməkdə böyük rol oynayır.44 günlük müharibədə bizə mənəvi dəstək olmuş Türkiyə dövləti bu gün də bu dəstəyi Qarabağın bərpası işlərində bütün dünyaya nümayiş etdirir.
Müharibədən sonrakı xarici siyasətimizdə də yeni istiqamətlər yaranmışdır.Xarabalığa çevrilmiş torpaqlarımızı,məhv edilmiş mədəni abidələrimizi,yandırılmış evlərimizi beynəlxalq səviyyədə nümayiş etdirməklə erməni vandalizminin ölkəmizə 30 ildə ölkəmizə vurduğu mənəvi və maddi ziyanı hamının nəzərinə çatdırmaqla ölkəmizin haqq işini beynəlxalq müstəvidə sübut etmək böyük əhəmiyyət kəsb edir.Möhtərəm Prezident bu sahəsdə də öz sözünü demiş,Azərbaycanın haqq işini bütün dünyaya çatdırmış və çatdırmaqda-dır.Müharibənin gedişində və qələbədən sonrakı dövr ərzində ermənipərəst qüvvələrin susdurulmasında bu siyasətin çox böyük rolu var.
Bu gün sülh müqaviləsinin bağlanması üçün müxtəlif müstəvilərdə danışıqlar davam etdirilir.Lakin bu danışıqları pozmağa çalışan qüvvələr var.Onların dəstəyi ilə ermənilər tərəfindən Qarabağda müxtəlif terror hərəkətləri icra olunmuşdur.Bu bəzi dövlətlərin Azərbaycanın haqq işini,bizim tarixi qələbəmizi qəbul edə bil-məməsinin nəticəsidir.Onların apardığı bu siyasətə cavab olaraq Qarabağda lokal anti-terror əməliyyatı keçirildi.Bir sutka çəkməyən bu əməliyyat nəticəsində erməni terrorçuları ərazini tərk etməyə məcbur oldular.Bu əməliyyatın nəticəsində Xankəndi,Xocalı və ətraf ərazilər Azərbaycanın nəzarəti altına keçdi və burada da böyük quruculuq işlərinə başlanıldı. Bu gün Azərbaycan beynəlxalq aləmdə də öz sözünü deyə bilən bir ölkəyə çevrilmişdir.Bu əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan,möhtərəm Prezident,Ali Baş Ko-mandan İlham Əliyev tərəfindən davam etdirilən xarici siyasətin nəticəsidir.
Artıq işğaldan azad edilmiş Qarabağ torpağında həyat bərpa edilir.Bu torpaqda azərbaycanlı körpələr dünyaya göz açır,məktəblərimizdə təhsil davam etdirilir,sənaye və kənd təsərrüfatı sahəsində böyük işlər görülür.İndi heç kəs Qarabağda aparılan işlərin möhtəşəmliyini inkar edə bilməz.Bu gün 30 ilə yaxın Qarabağda cinayətlər törətmiş,günahsız insanların qanını tökmüş,erməni işğalçı ordusunun terror hərəkətlərinin planını cızmış və həyata keçirilməsini təmin etmiş bir çox cinayətkar artıq həbs edilmiş və qanun qarşısında cavab verməyə məcbur edilmişlər.Bütün xalqımız inanır ki,XX əsrin sonlarından başlayaraq 30 il müddətində azər-baycanlılara qarşı əsl soyqırım təşkil etmiş cinayətkarların hamısı öz layiqli cəzalarını alacaq,günahsız öldürülmüş,işgəncələrə məruz qalmış soydaşlarımızın qisası alınacaqdır.
8 Noyabr-Zəfər günü tarix davam etdikcə yaşayacaq,Azərbaycanın,azərbaycanlıların iftixar və fəxarət günü kimi qeyd ediləcəkdir.Türk dünyası,Azərbaycan xalqı yaşadıqca bu bayram daha möhtəşəm şəkildə qeyd ediləcək və bütün dünyaya xalqımızın qələbə əzmini,böyük tarixə və böyük qələbələr salnamısinə malik olduğunu çatdıracaqdır.Qələbəmiz əbədidir,Qarabağ Azərbaycandır! Biz bu gün şəhidlərimizin qarşı-şında baş əyirik və deyirik:
Əliyev Akif,
Dərdayıl Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin Azərbaycan dili,ədəbiyyat müəllimi