8 mart Beynəlxalq Qadinlar Günü ilə əlaqədar düşüncələr
Qadin anadır. Qadın bəşəriyyətin ən ali varlığıdır. Peyğəmbərimiz təsadüfən söyləməmişdir ”Cənnət anaların ayaqları altındadır”. Azərbaycanda ən qədim zamanlarda qadının, ananın mövqeyi yüksək olmuşdur. Tarix məşhur dövlət xadimi, sərkərdə, yaziçi qadınıarımızın adını qoruyub saxlamışdır. Müəyyən dövrlərdə cəmiyyətin həyatında qadınların hüququ məhdudlaşdırılsa da onlar həmişə bu hüquqlar uğrunda mübarizə aparmış, Azərbaycanın ünlü maarifçiləri hələ XİX əsrdən etibarən qadınıarın hüquqları,savadlanması uğrunda geniş fəaliyyət göstərmişlər. Bu mübarizə dünyada da gedirdi və ötən əsrlərin sonlarında Azərbaycan cəmiyyəti də bu mübarizədən kənarda qalmamışdır. Şərqdə ilk Demokratik Cümhiriyyəti biz yaratdıq. Və bu Cümhiriyyət bir sıra avropa ölkələrindən də qabaq secib secilmək kimi demokratik hüququ şərqdə məhz ilk dəfə Azərbaycanda tətbiq etdi. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalasmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın ən etibarlı dayağı olmuşdur. Azərbaycan qadınları öz dərin zəkaları, tükənməz daxili potensialları ilə bu gün də xalqa, cəmiyyətə fədakarcasına xidmət edirlər. Cəmiyyətin bütün sahələrində fəal inteqrasiya Azərbaycan qadınının mədəni və intellektual potensialindan xəbər verir. Tarix elə gətirdi ki 1991-ci ildə Azərbaycan bir daha müstəqilliyini elan etdi. Ulu Öndərin hakimiyyətə qayıdışı isə bütün sahələrə olduğu kimi qadın siyasətinə də yeni impuls vermis oldu. Ulu Öndər qadın şəxsiyyətinə xüsusi hörmətlə yanaşır, onların hərtərəfli inkişafina xüsusi yer verir, lider qadınıar yetişdirirdi. Azərbaycan qadını tarixən bütün sahələrdə iqtisadiyatdan tutmuş döyüş meydanlarına qədər fədakarlıq göstərmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanim Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada fəal təblğatı sahəsində gördüyü işlər bir örnəkdir. Mehriban xanim Əliyevanın humanitar layihələri bütün dünyada bizə yeni dostlar qazandırır. Heydər Əliyev fondu və onun Prezidenti humanitar və mədəni diplomatiyamızın səlahiyyətli nümayəndəsinə çevrilib. Ölkənın Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən ənənələrimizi yaşadan çoxlu sayda layihələrin uğurla icra olunması Azərbaycan qadınlarının mərhəmət və xeyirxahlığının yüksək mənəvi–intellektual dəyərlərə malik olduğunun nümunəsidir. Bu gün Azərbaycan Ordusunda , mülki işlərdə çoxlu qadınlarımız şərəflə xidmər edirlər. Elm və mədəniyyət sahəsində, təhsil sahəsində, dövlət quruculuğu sahəsində qadınlarımızın fəal iştirakı şəksizdir. Müstəqillik qazandıqdan sonra Qadın hüquqları ilə bağlı beynəlxalq təşkilatlara üzv qəbul olaraq mühüm sənədlərin ölkəmizdə qəbul olunması, qadın hüquqları ilə bağlı verilmiş qanun və sərəncamlar qadınların cəmiyyətimizə inteqrasiya olunmasında mühüm addımdır. 1998-ci il sentyabrın 25-də Azərbaycan qadınlarının birinci qurultayı keçirilmişdir. O dövrdən başlayaraq hər bes ildən bir qadınların qurultayı keçirilir və qadınların vacib problemləri bundan irəli gələn məsələlər həll olunur. Hər il 8 mart Beynəlxalq Qadinlar Günü dünyada olduğu kimi Azərbaycanda da təntənə ilə keçirilir, hər il bayram ərəfəsində bir qrup qadına cəmiyyətin müxtəlif sahələrində göstərdikləri uğurlara görə fəxri adlar verilir, onlar orden və medallarla mükafatlandırılırlar.
Ölkəmizdə qadınlara aid dövlər siyasətinin effektliliyini artırmaq məqsədi ilə bir sıra qurumlar yaradılmış, qərar və sərəncamlar verilmişdir. Bunardan Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi, 1998-ci il 14 yanvarda “Azərbaycanda qadınıarın rolunun artırılmasına dair tədbirlər haqqında”sərəncam, Ulu Öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il Azərbaycan Respublikasında dövlət Qadın siyasıtinin həyata keçirilməsi haqqənda Fərman, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il Fərmanı ilə Ailə Qadın Uşaq problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu siyasətə misaldır.
Qeyd etmək lazımdır ki, Qadın haqları eyni zamanda bir sıra dövlət proqramları və məcəllələrdə (Ailə, Mülki, İnzibatı və s.) təmsil olunmuşdur.
Əliyev Elçin,
Xəzər rayonu, 26№li tam ortra məktəbin müəllimi