AnalitikaGündəmSiyasət

4 Oktyabr – Cəbrayılın Zəfər salnaməsində tarixi gün

4 oktyabr Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Məhz bu gün, 2020-ci ildə müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın həmrəyliyi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl şəhəri işğaldan azad edildi.

Cəbrayılın azad olunması Vətən müharibəsində əldə edilən tarixi Zəfərin mühüm mərhələlərindən biri oldu. Bu qələbə Azərbaycan Ordusunun gücünü və xalqımızın öz torpaqlarına qayıdış əzmini bütün dünyaya nümayiş etdirdi. Ardınca gələn qələbələrlə işğal altında olan digər ərazilərimiz də azad edildi.

Bu əlamətdar gündə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla yad edir, qazilərimizə sonsuz təşəkkürümüzü bildiririk. Onların qəhrəmanlığı sayəsində Cəbrayıl bu gün yenidən Azərbaycan həyatının ayrılmaz parçası kimi öz gələcəyinə doğru addımlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi ilə 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button