Analitika

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramını bu il ölkəmiz üçün xüsusi məna daşıyır

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramıdır. Dünya Azərbaycanlılarının Həmrəylik günü bütün azərbaycanlılar üçün tarixin ən silinməz, ən qürurlu hadisələrindən, tarixlərindən biridir. Məhz bu günün əsası 1989-cu il 31 dekabr tarixində  Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı.  Bu gün dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Həmrəylik gününün təməli Azərbaycançılıq ideologiyasına söykənir. 80- ci illərin sonların başlayaraq azərbaycanlılara qarşı təzyiqlər göstərən, onları öz torpaqlarından deportasiya edən, etnik təmizləmə prosesi həyata keçirən Ermənistan dövlətinə qarşı etiraz aksiyaları geniş vüsət almağa başladı. Belə bir vaxtda dünya azərbaycanlılarının birlik olması və müstəqil və bütöv Azərbaycan üçün ayağa qalxması lazım idi. Bunun nəticəsi olaraq, həmrəylik günü kimi şanlı bir tarix yaşandı. Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik Gününün təsis olunması barədə qərar qəbul etdi.

Tarix boyu Azərbaycan xalqının belə simvolik, şanlı günləri, tarixləri çox olmuşdur. Şübhəsiz ki, 2023-cü il Azərbaycan xalqı üçün unudulmaz bir il oldu. 2023-cü ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir. Həmçinin, 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri nəticəsində  suverenliyimiz tam bərpa edilmişdir. 2023-cü il Azərbaycan xalqı üçün tarixin ən şanlı səhifələrindən biridir və xalq olaraq bu tarixi və ili heç vaxt unutmayacağıq.

2023-cü ilin son günü, 31 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz xalqına müraciət etmişdir. Müraciəti zamanı xalqımızın tarixində bu günə qədər yaşanan hadisələrdən, Şanlı Zəfər bayramımızın tarixindən, antiterror tədbirlərindən bəhs etmişdir. O, həmçinin, hazırda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və abadlıq işlərindən, şəhərlərimizin inkişafından söz açmışdır. Ali Baş Komandan cənab Prezident İlham Əliyev dövlətimizin başında olduğu müddətcə Azərbaycan xalqı həmişə zirvələrdə olacaq, müstəqilliyimiz daim olacaq, bütün dünya Azərbaycan Respublikasının gücünü və qüdrətini görəcəkdir.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button