Analitika

28 may Müstəqillik günü ikiqat bayram sevincidir

Demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 illiyi qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyəti çox çətin şəraitdə və qısa müddət ərzində milli dövlət təsisatlarını yaratmağa, dövlət atributlarını qəbul etməyə, eləcə də ölkənin beynəlxalq aləmdə tanınması üçün qətiyyətli addımlar atmağa nail olub. Cəmi 23 ay yaşayan Cümhuriyyətin azadlıq ideyaları və dövlət müstəqilliyi ənənələrinin Azərbaycan xalqının təfəkküründə möhkəm yer tutub və ölkəmiz 1991-ci ildə müstəqilliyini yenidən bərpa edib.

28 may tarixini xalqımız ikiqat bayram etdi. Azərbaycan Xalq Cümhuriyyətinin, müstəqillik tarixinin 105-ci ilini arxada qoyan xalqımız bu ili, tarixi qürur və fəxrlə qeyd etdi. 28 May – Müstəqillik Gününün və uzun həsrətdən sonra doğma Laçına qayıdan soydaşlarımızın sevinci üst-üstə düşdü. Cari ilin 28 may tarixi Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri və laçınlılarla görüşdəki çıxışı ilə yadda qaldı. 

Ölkə Prezidenti İlham Əliyev bildirdi ki, 28 may ikiqat bayramdır. Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar. Bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir.

Dövlət başçısı çıxışında vurğuladı ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. Necə ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaqdır.

Insanların yaxşı  yaşaması üçün bütün lazımı şəraitlər  yaradılır. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır və bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. 

Prezident İlham Əliyevin bu görüşü məhz 28 May tarixində təşkil etməsi böyük siyasi və mənəvi əhəmiyyət kəsb edir. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, istənilən nəticəni əldə etməyə, qarşısına qoyduğu bütün vəzifələri icra etməyə yetəcək gücə sahibdir. Azad edilmiş bütün ərazilərdə aparılan geniş quruculuq işləri də bunun daha bir sübutudur.Ölkə prezidenti Ilham Əliyev  dediyi kimi, artıq azad edilmiş torpaqların əsil sahibləri həmin ərazilərə qurmaq, yaratmaq üçün əbədi qayıdıblar. Prezidentinin müdrik rəhbərliyi ilə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupunu Ağalı kəndinə, Talış kəndinə və indi də Laçın şəhərinə  doğma torpaqlarına qeri qqayıdıblar.

Ilham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində  ölkənin iqtisadiyyatı gücləndirildi və bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, iqtisadi cəhətdən tam müstəqildir. Bu gün Azərbaycan böyük humanistlik nümayiş etdirərək sülh sazişinin imzalanması üçün çağırışlar edir və bununla Ermənistana tarixi şans təklif edir.

Cənab Prezidentin şərtləri Laçın şəhərində səsləndirməklə bütün dünyaya bir daha nümayiş etdirdi ki, biz bu gün azad etdiyimiz torpaqlarımızdayıq və burada əbədi olacağıq”.

Mətanət Cəfərova,
YAP fəalı.

Oxşar Xəbərlər

Back to top button