2034-cü ildə futbol üzrə dünya çempionatının final görüşünün keçiriləcəyi stadion bəlli olub.
Aktualinfo.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həlledici qarşılaşma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda inşa olunacaq Kral Salman Stadionunda təşkil olunacaq.
2025-ci ildən inşasına başlanacaq və 92 mindən çox tamaşaçı tutumuna malik olacaq arena həmçinin mundialın açılış oyununu qəbul edəcək. Matçlar ümumilikdə 5 şəhərin 15 stadionunda reallaşacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi etmək üçün rəsmi müraciət ünvanlayaraq namizədliyini irəli sürüb. Avstraliya və İndoneziya isə FIFA-ya rəsmi müraciət ünvanlasalar da, namizədliklərini verməkdən imtina ediblər.