Analitika

2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq

Müasir tariximizin yeni dövrü ötən il sentyabrın 20-dən sonra başlanan mərhələdir: “Azərbaycan həmin tarixə qədər məqsədyönlü addımlar ataraq suverenliyimizin tam təmin olunmasına sülh yolu ilə nail olmağa səy göstərdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirilməsi istiqamətində səylərini artırmaqla bərabər, regionda dayanıqlı sülhə, təhlükəsizliyə nail olmaq, Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün qarşı tərəfə sülh təklifini etdi. Ermənistan yenə də havadarlarının dəstəyinə arxalanaraq sözügedən Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmək barədə düşünmədi, hərbi təxribatları ilə diqqətdə oldu. Vəziyyətin getdikcə gərginləşməsi dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Sentyabrın 19-da başlanan bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Son 20 ilin uğurlarından bəhs edərkən tarixi Zəfərimiz, onun ardınca ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi çoxəsrlik tariximizin ən yaddaqalan hadisələri kimi qeyd edilir. Dövlət başçısı İlham Əliyev həmin dövrü belə xarakterizə etdi: “Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq”.

Prezident İlham Əliyev müsahibədə 2024-cü ilin mühüm hadisəsi olan növbədənkənar prezident seçkilərindən də bəhs etdi. Yeni dövrün çağırışları bu mühüm addımı qaçılmaz edir: “Artıq bütün vədlər, qarşıda dayanan vəzifələr uğurla icra edilib. Suverenliyimiz tam təmin olunub.  Seçkilərin bütün ölkə ərazisi üzrə keçirilməsi yeni dövrün qürurverici məqamlarından olacaq. Cari ildə bələdiyyə seçkilərinin keçiriləcəyini önə çəkən dövlət başçısı İlham Əliyev bu çağırışı etdi ki, prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalıdır. Cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 ilinin tamam olması da növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillər sırasında qeyd edilir. Ümumilikdə yeni dövr yeni çağırışlarla zəngin dövr kimi xarakterizə edilir”.

Azərbaycana beynəlxalq dəstək yüksək səviyyədədir: “2023-cü ildə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar qəbul edilmişdir. Dövlət başçısı İlham Əliyev müsahibədə bunu əsaslı şəkildə qeyd etdi. Dəqiq və düşünülmüş diplomatik addımların nəticəsində Azərbaycanda keçiriləcək COP29 qonaqların sayına görə ən böyük tədbirdir. Bu fakt ölkəmizin imkanlarının növbəti nümayişidir. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Azərbaycan artıq bir neçə ölkədən əməkdaşlıq təklifi alıb”.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button