Analitika

2023-cü il Azərbaycan xalqının yaddaşında əbədi qalacaq

Ölkəmiz suverenliyini bərpa etdi. Bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan tam olaraq ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. İşğalçı qüvvələri  torpağımızdan çıxarmaga nail olduq. düşmən ordusu məhv edildi və düşmənin hərbi texnikaları qənimət olaraq götürüldü.

2020-ci ildə yarımçıq qalan işimizi, biz 2023-cü ildə bitirdik. Şuşada və azad olunan digər ərazilərdə bayragımız qaldırılanda hamımız yaxşı bilirdik ki, Azərbaycan öz süverenliyini tam tam bərpa etməyib, amma bu gün biz artıq bunu etmişik. Üç il ərzində biz bunu sülh yolu ilə etmək istədik, amma əfsuslar olsun ki,belə olmadı. Ermənistan rəhbərliyi öz öhdəliyinə düşəni nəinki yerinə yetirmədi, hətta əksi olaraq bizə qarşı təxribatlara əl atdı, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru devam etdirildi.

Sentyabrın 19-da başlamış və cəmi bir gündən az dəvam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələndi. Bununlada torpagımızda olan separatizmin kökü kəsildi. Azərbaycan ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq göstərdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlarin əziz xatirəsi hər zaman qəlbimizdə əbədi yaşayacaqdır. Şəhid olmuş Xocalı qurbanlarının, mülki şəxslərin, zabit və əsgərlərimizin qisası döyüş meydanında alındı.

Heç bir təziq, ittiham bizim iradəmizə təsir edə bilmədi. Çünki biz haqq yolundayıq. Bu torpaqların sahibi bizik və biz heç vaxt heç kimə imkan vermərik ki, bizim torpaqlarımızda at oynatsınlar. Bu gün bütün dünyada yaşayan Azərbaycanlılar haqlı olaraq qürur hissi keçirir.

Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Biz azad olunan torpaqlarımızı yenidən qururuq. Artıq 5minə yaxın keçmiş köçkün öz torpaqlarına qayıtmışdır. 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün özüm vermək istəyirəm. Malıbəyli, Turşsu, Kərkicahan kəndləri tam bərpa edilib. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaq. Ermənilər 30 il ərzində bizim torpaqlarımızı dağıdaraq bütün evləri,tarixi abidələri  yerlə-yeksan etmiş, bizə qarşı soyqırım törətmişlər. Çaylarımız zəhərləndi,meşələrimiz qırıldı amma əfsuslar olsun bu cinayyətlərə görə Ermənistana qarşı heç bir qınaq Qərbdən gəlmədi. Bu gün Qərbdə ikili standart hökm sürür. Biz bütün təziqlərə baxmayaraq öz bildiyimizi etdik və edəcəyik.

Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbu etmişlər. COP29 gələn il Azərbaycanda olması bizə olan hörmət və rəğbətin, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Əlbəttə COP29 un Azərbaycanda olması bizim ugurlarımızı əyani olaraq göstərir.

Bu il Azərbaycanda” Heydər Əliyev” ili elan edilmişdir. Ulu öndərin 100 illiyi ölkə üzrə qeyd edildi. Atamın dogum gününü mən Şuşada oldum və Ulu Öndərin xatirəsinə hörmət olaraq ürək sözlərimi bildirdim. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırılan Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrıb 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir. Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edir və bü günü Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, Azərbaycan xalqı başı dik, alnıaçıq, üzüağ gəzir.

Tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı bütün azərbaycanlıları haqlı olaraq bir araya,bir yumruq halına gətirir. ”Dəmir yumruq” Zəfər səlnaməmizin rəmzi idi. Bu gün “Dəmir yumruq” birliyimizin rəmzidir. Bütün Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istiyirəm ki, ”Dəmir yumruq” hər zaman yerində olacaq. Arzu edirəm ki, 2024-cü il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olsun.

Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayon fəal üzvü.

Oxşar Xəbərlər

Back to top button