2023-cü il Azərbaycan üçün, xalqımız üçün düşərli bir il oldu
2023-cü il Azərbaycan üçün, xalqımız üçün düşərli bir il oldu. İstər iqtisadi, istər maliyyə, istərsə sosial, istərsə də digər cəhətlərdən Azərbaycanın dünyada nüfuzunu bir daha əks etdirdiyi bir ili arxada buraxdıq. Təbii ki Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, öndərliyi ilə. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ müharibəsində inamlı qələbədən və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən sonra Azərbaycanın regionda və dünyada nüfuzu kəskin artıb.bunu həzm edə bilməyən ölkələr digər sahələrdə olduğu kimi informasiya təhlükəsizliyi sahəsində də ölkəmizə qarşı müəyyən problemlər yaratmağa çalışırlar. Bununla bağlı Prezident İlham Əliyev ADA Universitetində “Orta Dəhliz boyunca geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda ekspertlərin suallarını cavablandırarkən hətta bizdən çox müasir texnologiyalara malik ölkələrin kiberhücumlara qarşı həssas olduğunu qeyd edərək kibertəhlükəsizliklə ciddi şəkildə məşğul olacağımızı bildirib:“Belə genişmiqyaslı tədbirlərin keçirilməsi yeni irihəcmli layihələrin başlanğıcı kimi qiymətləndirmək olar. Bu isə, bizim üçün yeni imkan və yeni məsuliyyətdir. Son illər dünyada və ölkəmizdə baş verən hadisələr fonunda yeni reallıqlar kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin gücləndirilməsi məsələlərini də aktuallaşdırıb. Qeyd edim ki, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda da kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsinə xüsusi yer verilib. Həmçinin son illər bu istiqamətdə görülən işlər, qəbul edilən normativ hüquqi aktlar, yaradılan kiberməktəblər də bunun bariz nümunəsidir. Bu baxımdan Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərinin kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışının keçirilməsi xüsusi əhəmiyyət daşıyır”. İşğalda qalmayacaq. Noyabrın 10-da Ermənistanın rəsmən təslim olması da bunu təsdiqlədi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Noyabrın 10-u Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu. Həmin gün Azərbaycanın Ermənistan üzərindəki qələbəsi rəsmən elan olundu. Dövlətimizin başçısı İlham Əliyev həmin gün xalqa müraciətində də bunu xüsusi vurğuladı: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar”.Dövlətimizin başçısı bir daha bəyan etdi ki, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün bundan sonra da əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. İndi bütün dünya görür ki, mənfur düşmən bu torpaqları hansı vəziyyətə salıb. Vəhşiləşmiş ermənilər bütün binalarımızı dağıdıb, tarixi abidələrimizi məhv edib, muzeylərimizi talan edib. O cümlədən təbiətimizə böyük ziyan vurulub, məscidlərimiz dağıdılıb, təhqir edilib. Azad edilmiş torpaqlarda dağıdılmış məscidlərdə vəhşi düşmən bizi təhqir etmək, qürurumuza toxunmaq üçün donuz saxlayırdı. Amma biz onların qisasını artıqlaması ilə aldıq. Xocalı qurbanlarının da, bütün şəhidlərimizin də qisasını aldıq.Artıq düşməndən azad olunmuş ərazilərin qorunmasında sülhməramlı qüvvələr də iştirak edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladıqları bəyanatın 5–ci bəndində də göstərilir: “Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı