Analitika

20 illik şanlı tarix, dünya siyasəti-perspektivlər, planlar

Prezident İlham Əliyev ənənəvi olaraq bu il də yerli TV kanallarına son iyirmi ilin yekunları barədə geniş müsahibə vermiş, jurnalistlərin müxtəlif səpgili suallarını cavablandırmışdır. Maraqlı məqam budur ki, müstəqilliyimiz 1991-ci ildə elan olunsa da ən həlledici məqam məhz 2003-cü il olmuşdur. Xalqın düzgün seçimi məhz İlham Əliyevin namizədliyinə yekdilliklə xalqın səs verməsi onun taleyini həll etdi. Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsə idi xalqımız və dövlətimiz bəlalar və faciələrlə üzləşəcəkdi.

Müstəqilliyimizin ilk illəri gösrətdi ki, güclü lider olmadan xüsusən gənc, yeni müstəqillik qazanmış dövlət ciddi təhlükələrlə üzləşə bilər. Əslində bugünkü reallıqları 1993-cü il ilə müqayisə etməliyik. Azərbaycan inkişaf yoluna qədəm qoydu, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, ölkəmiz beynəlxalq təcriddən cixdi. Bugünkü Azərbaycan dünya miqyasinda güclü ölkələr arasindadir. Və bir çox göstəricilərinə görə başqa öıkələrə nümunə ola bilər.

Müasir tariximizin yeni dövrü məhs sentyabrın 20-dən sonra başlayır. Sentyabra qədər getdiyimiz yol isə məqsədyönlü, düzgün gələcəyə hesablanmış yol idi. Saglam cəmiyyətin yaranması üşün ədalət amili çox önəmlidir. Ədalət isə təmin edilməlidir. Təəssüflə qeyd etmək lazımdır ki, dünyada beynəlxaılq hüquq işləmir. Yalnız zəif ölkələr üçün bu müxanizm işə salınır. Buna görə ədaləti tələb edən ölkələr gərək onu özləri təmin etdinlər. Beynəlxalq aləmin əsas oyuncuları bizi ittiham etməyə, müxtəlif təsir mexanizmlərini işə saqlmağa çalışırlar. Biz isə ədaləti savaşaraq əldə etmişik. Ona görə o bizim üşün daha önəmlidir. Xocalıda zəfər bayrağımızı qaldırandan sonra biz əminliklə deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmadı. Qələbəyə hazırlıq ümummilli məsələyə çevrildi. Bir an belə bu mövzu unudulmadı.

Biz danışıqları elə aparırdıq ki, minimum xarici təzyiqlə üzləşməyək. 8 noyabr Üçtərəfli Bəyanatın qəbul edilməsi bizim böyük siyasi uğurumuz idi. Biz o zaman Zəngəzurla bağlı məsələni də o Bəyənata saldıra bildik. Bu isə qələbəmizin dayanıqlı olduğunu göstərirdi. Buna baxmayaraq biz humanitar gediş-gəlişə də heç bir əngəl törətməmişik. 23 aprel hadisələri də çox önəmli idi. Biz ərazi bütövlüyümüzü tam bərpa etdik. İkinci Qarabag müharibəsindən sonra yerli ermənilərin bir qismi təmaslar haqqında təkliflər vermişdilər və biz bundan imtina etmədik. Burada Yeni Laçın–Xankəndi yolu marşrutunun müəyyən edilməsi çox önəmli hadisə idi. Yeni yol çəkərək Laçini özümüzə qaytardıq.

Azərbaycan bütün əraziləri özü bərpa edir. Zabux kəndində ermənilər tərəfindən tikilmiş bütün evlər biz tərəfindən söküldü. İndi Zabuxda Azərbaycan vətəndaşları bizim tikdiyimiz evlərdə yaşayırlar. Ermənilərin bütün bunlardan sonra 9 sentyabrda qanunsuz seçki keçirilməsi qırmızı xətt idi. Buna görə antiterror əməliyyatı keçirilməsi qərara alındı. Nəticədə biz bütün kommunikasiyalara, ərazilərə sahib olduq deyə cənab Prezident müsahibəsində qeyd etmişdir.

Azərbaycan-Fransa münasibətlərinə nəzər salsaq əvvəllər hər şey çox yaxşı başlamışdı. 1990-larda hətda 2003-cü ildən sonra da bu normal idi. Artıq balans ikinci Qarabağ müharibəsinə qədər pozuldu. Bunun səbəbi isə böyük nüfuz sahibi olan siyasətcilərin siyasi arenadan getmələri, yerinə təsadüfi, populist, demaqoq adamların gəlməsi səbəb oldu. Münasibətlərin gərginləşməsi artıq ikinci Qarabağ müharibəsi zamanı başladı. Üçtərəfli bəyanat isə Rusiya, Azərbaycan, Ermənistan arasinda imzalandı. Müharibədən sonra bir sira təmaslarda Fransa ilə münasibətlər olsa da antiterror əməliyyatından sonra bu münasibətlər dayandırıldı. Fransa imperializminin neokolonializm siyasəti heç kimin yadindan çıxmayıb. Əlcəzairdə milyon yarım insanın soyqırımına məruz qalması, basdırılan minalardan, kecirilən nüvə sınaqlarından insanların əziyyət çəkməsi indi də davam etməkdədir. Lakin bütün bunlara baxmayaraq Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan müxtəlif tədbirlərdə iştirak edərək Fransız müstəmləkələrinin azad olunması prosesini daim dəstəkləyəcək.

İndi nəhayət 30 illik işğala tam son qoyulub. Suverenliyimiz bərpa olunub. Bu xalqımızın və dövlətimizn ən parlaq qələbəsidir. Suverenliyimizi bərpa etməyimiz yeni dövrün başlanğıcıdır. İlk dəfə olaraq seçkilər bütün ərazilərimizdə keçiriləcək. Prezident seçkiləri çox önəmli olduğuna görə ilk seçkilər olmalıdır. Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Bütün xalq bu ideya ətrafinda birləşdi. Gələcək inkşaf haqqinda aparılacaq disskussuiyalarda cəmiyyətin bütün nümayəndələri, politoloqlar, elm adamları ziyalılar iştirak etməlidirlər. Yeni dövrün yeni hədəfləri olmalıdır. Bizim qazandığımız Zəfər qlobal əhəmiyyətlidir. Buna görə bizə qarşı olan mənfi münasibət dayanmayacaq. Bundan sonra da bizi rahat yasamağa qoymamaq üçün səylər var və burada da Fransa yenə öndədir. Ona görə biz heç vaxt sakitləşməməliyik.

Bu il müdafiə sənayesi kompleksinə, zavodlarımıza ən azı bir milyarda yaxın investisiya qoyulacaq. Yeni silahli birləşmələr antiterror əməliyyatlarında önəmli rol oynadı. Biz özümüzü daha böyük həcmdə lazim olan vasitələrlə təmin etməliyik. Bizə qarşı törədilən bütün cinayətlərin baniləri artıq həbs olunub. Və ədalət qarşısında cavab verəcəklər. Müharibədən sonra sanki bir vakkum yaranmışdı. Bu vakkumu sülh müaviləsi tamamlamalıdır. Hər halda danışıqlar aparılmalıdır. Ermənistanı dəstəkləyən dövlətlər və tərəflər Qarabağda status məsələsinin müqaviləyə salınmasına çalışırlar. Biz isə belə olan halda Ermənistan ərazisində azaərbaycanlılara belə bir statusun verilməısi məsələsini önə çəkirik. Qeyd etmək lazımdır ki, sülh müqaviləsinin imzalanması üçün ən əlverişli məqam məhz antiterror əməliyatlarından sonra yaranmişdir. Və status məsələsi ümumiyyıətlə gündəlikdən çıxarılıb. Türkiyənin Azərbaycana böyük mənəvi-diplomatik dəstəyini biz yüksək qiymətləndiririk. Bu dəstək eyni zamanda dünyaya bir mesaj idi ki, məsələyə qarışmasınlar.

İnvestisiya proqramı dirçəlmənin əsas alətidir. Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamisi davam etdiriləcək. Bu layihələr fasiləsiz icra olunur ki, keçmiş köçkünlər yerlərinə qayıdanda orada əkin bicin üçün şərait olmalıdır. Hazirda qayıdan köçkünlərin məşğulluğu üçün müvafiq qurumlar ciddi məşğuldurlar. İcra olunan layihələr imkan verir ki, bu il daha böyük kontingent ərazidə məskunlaşsın. 140 min keçmiş köçkün yaxın üç il ərzində dədə-baba torpaqlarına qayıtmalıdırlar. Hazirda Hadrut, Daşaltı, Ağdam şəhərlərində bir necə layihə özəl sektor tərəfindən icra edilir. Qarabağ və Şərqi Zəngəzurda təkcə bu bölgələrdən çixmiş insanlar yaşamamaılıdırlar. Azərbaycanın istənilən bölgəsindən olan insanlar orada yaşamaq imkanına malik olmalıdırlar. Bu gün işğal edilmiş 8 kəndin məsələsi daim gündəlikdədir. Bu məsələ ilə əlaqədar daim müzakirələr aparılıq. Tarixə nəzər salsaq görərik ki, XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir.

Hazırda Azərbaycan Qoşulmama Hərəkatında fəal iştirak edir. Azərbaycan COVİD-ə qarşı olan vaksin millətciliyi ilə bağlı fəal mövqe nümayiş etdirdi. Qarabağ məsələsində isə biz tam haqlıyıq. Bizə qarşı baş verən haqsızlığın təməlində də Qarabağ məsələsinin həll olunmaması dururdu. Nəhayət bunlar arxada qaldı. Əsas güc mənbəyimiz isə xalqın birliyindədir. Belə olmasa idi biz qələbə qazana bilməzdik. Bu Zəfəri şərtləndirən də xalqın ruhu idi. Milli ruh olmadığı halda heç bir müasir silahla belə qələbə qazanaq olmaz.

Əliyev Elçin,
Xəzər rayonu, 26№li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button