20 il ərzində verilmiş bütün sözlər icra olundu
Xankəndi 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal ediləndən sonra yaradılan qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı idi. Hətta adı dəyisdirilib, Stepanakert adlandırılmışdır. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km uzaqlıqda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır.
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdir. 29 sentyabr 2023-cü ildə Azərbaycan polisləri şəhərə nəzarəti bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycanın dövlət bayrağını dalğalandırdı.
-Əziz həmvətənlər,
Bugun tarixi gündür. Bugun Xankəndi meydaninda Azərbaycan bayragi dalğalandirildi. Bu münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm.
Düz 20 il bundan qabaq Prezident seçilmiş İlham Əliyev dogma xalqına soz vermisdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacag. Belə də oldu. Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında ozunə layiq yerini tuta bildi.
Bir cox hallarda Azərbaycan önəmli təsəbbuslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan “Azərbaycan münaqişəsini həll etmək ucun güclü bir siyasi və huquqi zəminlər yaratdiq. Eyni zamanda biz guclu iqtisadiyyat yaratdiq. Və son 20 il ərzində əldə edilmis uğurlar goz qabağındadır. Ən əsası ordumuzun gücləndirilməsi yolunda yorulmadan calisdiq Elə güclü ordu yaraydiq ki, bugun Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik.
Azərbaycan Ordusunun sentyabrın 19-da bölgədə həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimiz bərpa olundu. Cənab İlham Əliyev iki onillik prezidentliyi dövründə ilk dəfə olaraq Xankəndiyə səfər etdi. Səfər zamanı Azərbaycan hökuməti qondarma qurumun fəaliyyətini dayandırdıqdan sonra bölgəni tərk etməməyə qərar verən erməni əhali üçün reinteqrasiya planını açıqlayib. Prezident Xankəndidə dünyaya bir daha mesaj verdi ki, biz barış, sülh, tərəqqi, inkişaf maraqları, düşüncəsi ilə yaşayan xalqıq, dövlətik. Bundan hər kəs özü üçün ciddi nəticələr çıxarmalı və Azərbaycanın bölgədə yaratdığı tam yeni reallıqlara uyğun davranmalıdırlar.
Zaxarova Sevinc,
Xəzər rayonu, 136 №li tam orta məktəbin tarix müəllimi



