Analitika

2-ci milli Şəhərsalma forumu – məqsədlər, perspektivlər

Azərbaycan torpaqları azad edilmişdir. Bu hadisə Azərbaycan üçün böyük nəaliyyətdir. Təqribən 200 illik tarixi dövründə Azərbaycan tarixin bu və digər hadisələri nəticəsində yalnız torpaqlarını itirmiş, xalq dogma yurdundan uzaq düşmüş,yaxud digər dövlətlərin tərkibində yaşamğa məhkum olunmuşdur. Lakin 44 günlük müharibə bu tendensiyaya son qoymyş, torpaqlarımız azad edilmişdir. İşğal altında olarkən ərazilərimiz dağıntılara, mili sərvətlərimiz talana məruz qalmışdır. Düşmən üzərində zəfərdən sonra isə geri alınmış torpaqların bərpası, infrastrukturun yaradılması, əhalinin doğma torpaqlarda məskunlaşması üçün hər cür şəraitin yaradılması dövlətin əsas vəzifələrindən biri olmuşdur.

İndi Şərqi Zəngəzur bölgəsi Azərbaycanın digər bölgəsi kimi sıfırdan yenidən qurulur. Bu məqsədlə 2-ci milli Şəhərsalma forumu keçirilmişdir. Forumda 53 ölkənin 200-dən çox nümayəndəsi iştirak etmişdir. Zəngilan azad olunmuş ilk bölgədir ki burada quruculuq işləri başa çatmiş keçmiş, məçburi köçkünlər artıq öz yurdlarına qayıtmışlar.

Hələ 30 il bundan qabaq öz torpaqlarından məhrum edilmiş köckünlər səbirsizliklə torpaqlarıa dönməyi gözləyirlər.

Zəngilan ərazisində böyük investisiya yatırımları olan layihələr həyata keçirilməkdədir. Bir neçə layihə üzərində iş gedir. Təqribən 2025-ci ildə ola bilsin bir az da tez şəhər sakinləri öz yurdlarına qayldacaqlar. Zəngilan ticarət yollarının qovuşuğunda yerləşir. Ona görə də burada Beynəlxalq Hava Limanının tikilməsi zəruri idi. Zəngilan bölgəsi təbiətinə, coğrafi şəraitinə görə çox zəngin bir yerdədir. Ona görə gələcəkdə buraya turistlərin cəlb edilməsi nəzərdə tutulur.

Bölgədə yol infrastrukturu da fəal inkişaf edir. Bakıdan müxtəlif istiqamətlərdə 2000 km-lik yol salınıb. Əvvəllər mövcud olmuş dəmir yolları da bərpa edilir. Hazırda Horadizdən Zəngilana çəkilər dəmir yolu fəal fazadadır. Yol Azərbaycanı Naxçıvan ərazisi ilə daha sonra isə İran və Türkiyə ilə birləşdirəcək və nəhayət Avropaya çatacaq.

Zəngilanda təkcə infrastruktur yox, kənd təsərrüfatını inkişaf etdirən “Dost Aqropark” Azərbaycan və Türkiyənin birgə layihəsidir və kənd təsərrüfatını inkşaf etdirməklə məşğul olacaq. Qida təhlükəsizliyini təmin etmək üçün Zəngilana 6000 baş cins qaramal idxal edilib ki, sonradan bunu 10000 başa çatdırmaq nəzərdə tutulub. Keçmişdə də burada maldarlıq inkişaf etdirilmişdir. Bu gün də bu sahələr inkiaf etdirilməlidir.

İşğaldan azad olunandan sonra bölgəyə artıq 7 milyard dollar vəsait yatırılıb. Bu il isə bu vəsait 2.4 milyard dollar olmuşdur. Biz heç bir ölkədən maliyyə yardımı almırıq. Yalniz daxili imkanlarımız ilə bu işlər görülür. Yalnız Özbəkistan və Qazaxıstan prezidentləri məktəb və incəsənət mərkəzini bizə hədiyyə etmişlər. Bu gün 8 şəhər 92 kəndin baş planı hazirlanmışdır. Laçin və Füzulu şəhərlərinə kəndlərə artıq böyük Qayıdış başlamışdır. Azad olunmuş ərazilərimiz artıq bizim enerji sistemimizə qoşulmuşlar. Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var. Buraya həm günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. Bu, Azərbaycanın potensialının cüzi bir hissəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 qiqavat təşkil edir. Növbəti 3 il ərzində 100 min keçmiş məcburi köckünün öz yurdlarına dömnəsi gözlənilir.Bu gün biz millərlə insanın şəhərlərdən kəndlərə qayıtmaq istədiyinin şahidi oluruq. Artıq bu faktdır.

Bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən çoxu hazırki Ermənistan ərazisindən deportasiya olunub. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. Otuz il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi və beynəlxalq ictimaiyyətin münaqişənin dinc yolla həllinə dair bütün səylərini bloklayırdılar.

1992-2020-ci illərdə BMT Təhlükəsizlik Şurası üzvü olan 3 dövlət ATƏT in Minsk qrupu adı altında illərlə münaqişəni dinc yolla nizama salmaq üçün mənasız danışıqlar apardılar. Hətda BMT qətnamələri də öz dəyərini itirmişdi. 4 qətnamə 1993-cü ildə verilmiş kağız üzərində qalmşdır. Azərbaycan sülh danışıqlarda konstruktiv idi. Ermənistana qarşı heç nir sanksiya tətbiq edilmədi. Nəticədə müharibə qaçılmaz oldu. Uzun illər Ermənistanı kriminal qruplar idarə edib. İlk prezidentlər əlləri Azərbaycanlıların qanına bulaşmış insanlar idilər. Onar bu siyasəti Ermənistanda da aparır, torpaqların işğalından sonra da talan edirdilər. Bu şəxslər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər. Qarabağ ermənilərinə gəldikdə isə onların dini, təhsil, mədəni, bələdiyyə və digər hüquqları təmin ediləcək. Bütün işlər Azərbaycanın iştirakçısı olduğu konvensiyalara, bizim Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək. 44 günlük müharibədən sonra biz sülh danııqlarına başladıq. Lakin ermənilər yenə konstruktiv mövqe nümayiş etdirmədilər. Nəticədə “Qırməzı xətt” keçildi. Ermənistan ziddiyətli bəyənatlar verirdi. Bir tərəfdən deyirdi ki, güya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə 2 sentyabrda qondarma rejimə orada keçirilmiş qondarma seçkiər münasibəti ilə təbrik məktubu göndərmişdi. Bütün bunlar 24 saatlıq antiterror əməliyyatının baş verməsinə səbəb oldu. Nəticədə Azərbaycan ordusu bütün separatçı qüvvələri darmadağın etdi. Onların silah və sursatları müsadirə edildi. Beləliklə biz separatçılar üzərində güman edirik ki, tam qələbəmizi çaldıq. Ermənistan rəhbərliyi sülh sazişinə daha konstruktiv yanaşacaq və bölgədə əmin-amanlıq iqtisadi inkişaf təmin ediləcək.

Əliyev Elçin,
Xəzər rayonu, 26№li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button