15 iyun Milli Qurtuluş günü-Tənəzzüldən yüksəlişə
1987-ci il. Bu tarix Azərbaycan tarixində önəmli tarixlərdən biridir. Belə ki xalqımızın ümummilli lideri Heydər Əliyev o vaxtkı SSRİ rəhbərliyi, xüsusilə onu gözü götürməyən Qorbaçovun yeritdiyi siyasətə etiraz əlaməti olaraq SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsindən istefa edir. Və onun Azərbaycanla bağlı yeni erası başlayır. Yolu uzun, çətin idi, amma xalqına sözlə ifadə edə bilməyəcəyim qədər olan sevgisi əslində bu yolu bir göz qırpınında həyata keçməsinə səbəb olmuşdur. Nankor düşmən isə pusquda imiş. Belə ki, onun istefasından cəmi bir neçə həftə sonra erməni şovinistləri SSRİ rəhbərliyi qarşısında Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi üçün məsələ qaldırdılar. Sirr deyil ki, Heydər Əliyevin hakimiyyəti dövründə buna cəsarətləri çatmayan ermənilər onun istefasını gözləyirlərmiş. Bununla da xalqımızın müharibəli, işğallı, hətta qardaş qırğınlı günləri başlayır.
Müstəqilliyimizin ilk illərində AXC Müsavat cütlüyü vaxtı kreslo davası, xaos qarışıqlıq fonunda ön cəbhədəki məğlubiyyətlər seriyasını gətirdi. Bu azmış kimi müstəqilliyimiz üçün də böyük təhdidlər yaranırdı.
Bunları yaxından izləyən Ulu öndər 1990-ci il yanvar faciəsinə özünün və ailəsinin həyatı riskini belə gözə alaraq açıq və kəskin şəkildə tənqid etdikdən sonra Bakıya yollansa da, burada qalmasına icazə verilmədiyindən Naxçıvana gedir və əslində Azərbaycanın xilasını Naxçıvandan başlayır. 1991-ci ildə Naxçıvan MR Ali Məclisin sədri seçilir və AXC yadigarı şanlı bayrağımızı orada ucaldır. Naxçıvanı iqtisadi blokadadan çıxrmağı bacarır.
Ölkənin xilasının yalnız onun fövqündə olacağını görən 91 nəfər ziyalı “Səs” qəzeti vasitəsilə Ulu öndərə müraciət edirlər. Noyabrda Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilir, proqramın nizamnaməsi qəbul edilir. Partiya sədri seçilən H.Əliyevin Azərbaycanda yeni erası başlayır.
Xalqın tələbini qəbul edəndən sonra ölkəni anarxiyadan, siyasi qarşıdurmadan və yox olmaq təhlükəsindən qurtarır. Tariximizə qızıl hərflərlə yazılan 15 iyun Millli Qurtuluş Günü- Ulu öndərin hakimiyyətə qayıdışının ilk addım səslərindən xəbər verirdi. O nəinki qardaş qirğının qarşısını aldı, müstəqilliyimizi qorudu, həmçinin Azərbaycanın adını böyük hərflərlə dünya ölkələri siyahısına yazdırdı.
İqtisadi, hərbi, siyasi sahələrdə böyük uğurlara imza atdı. İlk uğur xəbərləri cəbhədən gəldi. 1993- cü ilin dekabr 1994-cü il yanvar ayında ordumuz Horadiz, Füzuli istiqamətlərdə nailiyyıtlər qazandı. Atəşkəsin imzalanması və bunun ölkəmizin hər sahəsindəki inkişafına görə etdirildiyi sirr deyildi. Neft müqavilələrin imzalanması iqtisadi inkişafımızın təməli idi.
Təəssüf ki, Ulu öndər ən böyük arzusunun reallaşmasını – bütöv Azərbaycanı görə bilmədi. Lakin birmənalı deye bilərik ki, bütöv Azərbaycan məhz onun şah əsəridir. Ulu öndərin kursunun davamı müasir dəyişikləri nəzərə alaraq həyata keçirilməsi addımlarımızı əmin və güclü edir. Ulu öndər arzuların gerçəkləşib…. Biz artıq Şuşada Novruz tonqalı alovlandırırıq, Böyük Qayıdışımızı qeyd edirik!
Ruhunuz şad və firavan olsun Dahi Şəxsiyyət!!!
Məmmədova Aysel,
Xəzər rayonu, 136 Nömrəli tam orta məktəbin müəllimi