
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108 ilitamam olur. Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli orduquruculuğunun ilk addımları atıldı. 1918-ci il iyunun26-da Azərbaycan Xalq Cümhuriyyəti NazirlərŞurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddəAzərbaycan korpusu yaradıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyitəsis olundu, ilk nazir Xosrov bəy Sultanov təyinedildi. Müasir Milli ordunun yaradılmasına isə 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra başlandı. Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixixalqımızın ümummilli lideri Heydər Əliyevin adı iləbilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusununqurulması, inkişafı və möhkəmlənməsi HeydərƏliyevin yorulmaz fəaliyyətinin, dövlətçiliktəfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıqqabiliyyətinin məntiqi nəticəsidir. Ulu Öndər hələsovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdəböyük uzaqgörənliklə gələcəyi düşünür, milli zabitkadrların yetişdirilməsinə çalışırdı. 1971-ci il iyunun20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmışhərbi məktəbin yaradılmasına nail olundu. HeydərƏliyev azərbaycanlı gəncləri, həmçinin SSRİ-ninqabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrin formalaşmasındaCəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyimilli zabit kadrlarımızın müstəsna rolu olub. OnlarBirinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində misilsiz igidliklər göstəriblər. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra bugün qazandığımız tarixi Qələbəyə aparan yolun təməliqoyuldu. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslısəfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Ordumuz ulu öndər HeydərƏliyevin tapşırığı ilə uğurlu hücum əməliyyatlarıkeçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun ilk sınağı 1994-cü ilinyanvarında oldu: yanvarın 5-dən 6-na keçən gecəFüzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi vəCəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldanazad edildi. Ordu quruculuğu işinə böyük önəm verənulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixliFərmanına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. Müstəqil Azərbaycanda ordu quruculuğuprosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründəkeyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərinordu quruculuğu siyasətini uğurla davam etdirən vəzənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərinpeşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhununvə mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, SilahlıQüvvələrimizin ən müasir silah və texnika ilə təchizatıistiqamətdə davamlı addımlar atıldı. Bu ali diqqət vəqayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısamüddətdə regionun ən qüdrətli ordusuna çevrildi. 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davamedən Vətən müharibəsində dövlətçilik tariximizin ənparlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəmqələbə qazanıldı. Ordumuzun əks-hücum əməliyyatlarınəticəsində 300-ə yaxın kənd, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi, bununla bərabər, qəsbkarın texnikasına, canlıqüvvəsinə ciddi zərbə vuruldu. Silahlı Qüvvələrimizdaha sonra Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 stratejiyüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı dizçökdürdü və kapitulyasiyaya məcbur etdi. Beləliklə, 30 il ərzində aparılan danışıqlar prosesində düşməndövlətin niyyəti reallaşmadı, Dağlıq Qarabağınstatusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bubölgədə yeni erməni dövlətinin yaradılması planı isətamamilə alt-üst oldu. Azərbaycan Prezidenti, SilahlıQüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevçıxışlarının birində demişdir: ”İkinci Qarabağmüharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimiqalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımızbirlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütünbir məqsədi güdürdü ki, qısa müddət ərzində azitkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmənməcbur olub torpaqlarımızdan çıxsın. Döyüşmeydanında qazanılmış qələbələr siyasi müstəvidə dəqələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüşmeydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarlaişğal altında saxlamağa can atan düşmən bu işğalıəbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç birnəticə əldə edə bilməzdik. Biz bu müharibənişəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizinrəşadəti hesabına, dövlətimizin siyasəti hesabınaqazanmışıq”. 44 gün davam edən Vətən Müharibəsitariximizin, eləcə də Azərbaycan xalqının iftixar vəqürur mənbəyinə çevrildi. Azərbaycan xalqı özliderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevinətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Qeyd etməkistərdim ki, məzunu olduğum Azərbaycan Dövlətİqtisad Universitetində (UNEC) təhsil aldığım illərdəuniversitet nəzdində fəaliyyət göstrərən UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri vəzifəsiniicra edərək vətənpərvərliyin təbliği istiqamətində birsıra uğurlu layihələr icra etmişik. 2019-cu ildə hələdoğma yurdlarımız düşmən tapdağı altında olduğudönəmlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin(UNEC) təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altındaAzərbaycan Ordusuna mənəvi dəstək aksiyasının fəaliştirakçılarından olmuşam. Azərbaycan RespublikasıMüdafiə Nazirliyi və UNEC-in birgə təşəbbüsü vətəşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycanəsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusunamənəvi dəstək aksiyasının təşkilində, keçirilməsində, Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik ruhununyüksəldilməsində göstərdiyimiz xidmətlərə görə“Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqındaƏsasnamə”nin 5.7.7-ci və 5.7.9-cu yarımbəndlərinirəhbər tutaraq Azərbaycan Respublikası Müdafiənaziri, general-polkovnik Zakir Həsənovun müvafiqəmri ilə bir qrup universitet əməkdaşları sırasında təktələbə olaraq mən də mükafatlandırılmışam. Universiteti bitirdikdən sonra Azərbaycan RespublikasıDövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarısırasında müddətli həqiqi hərbi xidmət keçmişəm. Bütün bunlarla yanaşı gənc bir muğam ifaçısı kimimütəmadi olaraq Azərbaycan Ordusu və qəhrəmanəsgərlərimiz üçün təşkil olunun tədbirlərdə fəal iştirakedirik və bununla da qürür duyuruq. Müzəffər Ali BaşKomandan, Prezident İlham Əliyevin rəhbərliyi iləşanlı Azərbaycan Ordusunun qazandığı uğurluQələbələr tariximizə qızıl hərflərlə yazılıb. Hər birAzərbaycan gənci kimi mən də şanlı Ordumuzla fəxredirəm!
Yusif Cəfərbəyli,
YAP Yasamal Rayon Təşkilatının fəal gənci,
IX “Muğam” televiziya müsabiqəsinin finalçısı



