10 noyabr Bəyanatının imzalanması ilə ölkəmizin əldə etdiyi ən önəmli siyasi uğurlardan biridir
Mahiyyət etibarı ilə Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr Bəyanatının imzalanması ilə Azərbaycanın bir çox növbəti siyasi-diplomatik və iqtisadi uğurlarının əsası qoyuldu. Noyabrın 9-dan 10-na keçən gecə üç dövlətin – Azərbaycan, Rusiya və Ermənistanın liderləri keçmiş Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli Bəyanat imzaladılar. Həmin gecə Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək demişdi: “Hesab edirəm ki, bu Bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da – Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub… Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu Bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu Bəyanata öz imzamı atmışam. Çünki bu Bəyanat uzun illər davam edən işğala son qoyur…”.
10 noyabr Bəyanatının imzalanması ilə ölkəmizin əldə etdiyi ən önəmli siyasi uğurlardan biri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına razılıq əldə olunması və bu məsələ ilə bağlı müvafiq Komissiyaların yaradılması oldu.
Bəyanatın ölkəmizə verdiyi ən böyük üstünlüklərdən biri də sonrakı illərdə imzalanmış digər bəyanat və razılaşmalarda Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktının təsbit olunmasıdır. Prezident İlham Əliyev Xalqa müraciəti zamanı bəyan etdi ki, bu müharibə Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bütün dünyaya göstərib: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi – yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq. “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi.
Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!
“Bugün güclü, müstəqil, abad, azad ,öz gücünü, birliyini, mübarizliyini, əzmini dünyaya çatdıran, uğurları ilə hər kəsi lərzəyə salan və qəlblərdə iz buraxan bu azad ölkə, bu dəmir əzmli dövlət məhz Cənab Prezident İlham Heydər oğlu Əliyevin uğurlu əsəridir!”
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Allah Qazilərimizə can sağlığı versin.!
Abbasova Yeganə,
YAP-ın fəalı