Analitika

10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatın ölkəmiz üçün əhəmiyyəti

30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqları 2020-ci ildə öz azadlığına qovuşdu. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Xalqımız ikinci Vətən müharibəsi dövründə alı baş komandanın ətrafında dəmir yumruq olub birləşdi bütün dünya Azərbaycan xalqının birliyini gördü. Hər kəs şahid oldu ki ,həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail oldu. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayıb və gec-tez öz amalına qovuşdu.

10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı və müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. İmzalanmış Bəyanatın nəticəsi Azərbaycanın maraqlarına cavab verdi.30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq  istədiyinin  heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı.  Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda yeni siyasi reallıq yarandı. “Dağlıq Qarabağ Muxtar Vilayəti” uydurma adı tarixə qovuşdu. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın ayrılmaz hissəsi kimi bərqərar oldu.

Artıq  Azərbaycan xalqı tarixdə qalib xalq kimi qeyd olunur. Azərbaycan ordusunun müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtması bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi. Artıq yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.

Qələbəmizin siyasi tərəfləri ilə yanaşı diplomatik və iqtisadi nüansları da xüsusi ilə qeyd etmək lazımdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaq.

Tarixi qələbədən 3 il keçməsinə baxmayaraq  dədə-baba torpaqlarımızın dirçəldilməsi üçün ciddi işlər görülür. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən bərpası ,öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması barədə genişmiqyaslı tədbirlər planı həyata keçirilir. Artıq Zəngilan , Laçın və Fizuli öz əzəli və əbədi sakinlərinə qovuşub. Bütün bunlar ali baş komandanımızın uzaqgörən siyasətinin nəticəsidir. Xalqımız bunu görür və qiymətləndirir. Xalq olaraq daima Prezidentimizin qərarlarını dəstəkləməyə hazırıq.

Zeynalova Zoya,
Xəzər rayonu, R.Qasımov adına 216 nömrəli tam orta məktəbin muəllimi

Oxşar Xəbərlər

Back to top button