
05 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və “Bakı-2026 – Dünya İdman Paytaxtı” tədbirlər proqramına uyğun olaraq, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş güllə atıcılığı yarışı keçirilib.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarış Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təşkil olunub.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarış iştirakçıların yüksək hazırlıq səviyyəsi, dəqiqliyi, diqqəti və əzmkarlığı ilə yadda qalıb. İştirakçılar yarışın müxtəlif mərhələlərində öz bacarıqlarını nümayiş etdirərək uğurlu nəticələr uğrunda mübarizə aparıblar. Sağlam rəqabət və idman prinsiplərinə sadiqlik şəraitində keçirilən yarış iştirakçılar arasında komanda ruhunun və qarşılıqlı həmrəyliyin möhkəmlənməsinə də töhfə verib.
Tədbirin əsas məqsədi gənclər arasında idmana və fiziki fəallığa marağı artırmaq, sağlam həyat tərzini təşviq etmək, onların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə şərait yaratmaq, eyni zamanda, milli-mənəvi dəyərlərə bağlılığın və vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə vermək olub.
Yarışın yekun nəticələrinə əsasən, qalib komandanın üzvlərinə diplom və medallar təqdim edilib. Mükafatlandırma mərasimindən sonra iştirakçılarla xatirə fotosu çəkdirilib.
Beləliklə, “Şəhərsalma və Memarlıq İli” və “Bakı-2026 – Dünya İdman Paytaxtı” tədbirlər proqramı çərçivəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş idman yarışları başa çatıb. Bu yarışlar idmanın təbliği, gənclərin fiziki və mənəvi inkişafı, eləcə də Zəfər tariximizin gənc nəsil arasında yaşadılması baxımından əhəmiyyətli olub.
Bütün qalib komandaları təbrik edir, iştirakçılara gələcək idman yarışlarında uğurlar arzulayırıq!




