AnalitikaGündəmSiyasət

Şuşa – Qarabağın tacı, zəfərimizin zirvəsi, milli qürurumuzun ünvanı

8 noyabr -bu gün biz Azərbaycan xalqının tarixində xüsusi yeri
Commented [U1]:
Commented [U2R1]:
olan,milli qürurumuzun ,mədəniyyətimizin və
qəhrəmanlıgımızın rəmzinə çevrilmiş Şuşa şəhərinin azad
olunmasının ildönümünü qeyd edirik.
Şuşa bizim üçün sadəcə bir şəhər deyil.Şuşa Azərbaycanın
tarixi,musiqisi,incəsənəti,milli kimliyi və mənəvi yaddaşıdır.
Ulu öndər Heydər Əliyevin siyasi irsi ,Prezident İlham Əliyevin
qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti Şuşa
Zəfərinin əsasını təşkil etdi.
2020-ci il noyabrın 8-də Prezident ,Müzəffər Ali Baş
Komandan İlham Əliyev Şuşanın azad olunması xəbərini böyük
fəxarətlə Azərbaycan xalqına çatdırdı.Onun “
Əziz Şuşa ,sən azadsan!Əziz Şuşa, biz qayıtmışıq!Əziz Şuşa,biz
səni dirçəldəcəyik.”sözləri xalqımızın yaddaşına əbədi həkk
olundu. Bu müraciət təkcə hərbi qələbənin deyil,28 il davam
edən həsrətin sona çatmasının ifadəsi idi.
Qarabag Zəfərinin təməli Ulu Öndər Heydər Əliyevin
dövlətçilik strategiyası ilə qoyulmuşdur.Onun rəhbərliyi ilə
dövlətçiliyimizin möhkəmləndirilməsi,iqtisadiyyatın inkişafı və
ordu quruculuğu istiqamətində mühüm işlər
görülmüşdür.Prezident İlham Əliyev bu siyasi kursu davam
etdirərək güclü Azərbaycan və müasir ordu formalaşdırmışdır.
1992-ci il mayın 8-də Şuşanın işğalı xalqımızın yaddaşında ağır
faciə kimi qaldı. 2020-ci ildə başlanan Vətən müharibəsi uzun
illər gözlədiyimiz tarixi ədalətin bərpası ilə nəticələndi.
Şuşa əməliyyatı Vətən müharibəsinin ən mühüm hərbi
hadisələrindən biri oldu. Şəhərin mürəkkəb coğrafi şəraitinə
baxmayaraq,Azərbaycan əsgərinin yüksək döyüş ruhu,qələbəni
təmin etdi.Şuşanın azad edilməsi müharibənin taleyində
həlledici rol oynadı və hərbi tariximizə qəhrəmanlıq nümunəsi
kimi daxil oldu.
Şuşanın azad edildiyi gün Prezident İlham Əliyev Ulu Öndərin
məzarını ziyarət etdirdiyini bildirdi.O,atasının vəsiyyətini yerinə
yetirməyin və Şuşanı azad etməyin böyük xoşbəxtlik olduğunu
vurğuladı.Bu sözlər qələbənin yalnız hərbi deyil,həm də dərin
mənəvi əhəmiyyətini ifadə edirdi.
Şuşanın azad olunması Azərbaycanın milli qürurunun və tarixi
ədalətin bərpasının təntənəsi idi.Bu gün şəhərdə üçrəngli
bayrağımız dalğalanır,tarixi abidələrimiz bərpa olunur.Şuşa
azadlığın və dövlətimizin qüdrətinin rəmzinə çevrilib.
Şuşanın 2026-cı il üçün iqtisadi Əməkdaşlıq Təşkilatının turizm
paytaxtı seçilməsi şəhərimizin nüfuzunun göstəricisidir. Zəngin
tarixi, füsunkar təbiəti və mədəni irsi Şuşanı mühüm turizm
mərkəzinə çevirir.
Şuşanın 2040-cıilədək inkişafına dair Baş plan şəhərin müasir
tələblərə uyğun quraşdırılmasını və tarixi görkəminin
qorunmasını nəzərdə tutur.
1752-ci ildə əsası qoyulan Şuşa, Azərbaycan mədəniyyətinin
beşiyi hesab olunur.Molla Pənah Vaqif ,Xurşidbanu
Natəvan,Üzeyir Hacibəyli,Bülbül kimi görkəmli şəxsiyyətlər bu
şəhərin şöhrətini bütün dünyaya tanıtmışlar. Şuşa
muğamımızın,poeziyamızın və incəsənətimizin inkişafında
əvəzsiz rol oynamışdır.”Xarıbülbül”festivalının və Vaqif Poeziya
Günlərinin yenidən keçirilməsi şəhərin mədəni həyatının
dirçəlişidir.
Şuşanın azad edilməsindən sonra Prezident İlham Əliyevin
şəhərə coxsaylı səfərləri bərpa və quruculuq işlərinə verilən
böyük əhəmiyyətin göstəricisidir.
Bu səfərlər zamanı tarixi abidələrin bərpası , yeni
infrastrukturun yaradılması və sakinlərin doğma yurda qayıdışı
ilə baglı mühüm addımlar atılmışdır.
Bu gün Şuşa yenidən öz tarixi simasına qovuşur.Onun
küçələrində Azərbaycan musiqisi səslənir,fesfivallar keçirilir,yeni
evlər tikilir,sakinlər doğma torpaqlarına qayıdırlar.
Şuşanın azadlığı Azərbaycan xalqının birliyinin,dövlətimizin
gücünün və ordumuzun qəhrəmanlığının təntənəsidir.
Bizim borcumuz bu müqəddəs şəhəri qorumaq , inkişaf
etdirmək və onun zəngin irsini gələcək nəsillərə çatdırmaqdır.
Şuşa Azərbaycanın döyünən ürəyi,Qarabagın tacı, Zəfərimizin
əbədi rəmzidir!
Əziz Şuşa, sən azadsan, sən bizim qürurumuzsan!

Şəhla Quliyeva,
M.Mirqasımov küçəsi 2 (RPM PHŞ) üzrə ƏPT sədr müavini

Oxşar Xəbərlər

Back to top button