Zəfərin Qəlbdə Yaşatdığı Sonsuz İnam

8 Noyabr Zəfər Günü hər bir azərbaycanlının qəlbində sabaha olan inamı daima diri saxlayan müqəddəs bir məşəldir. Bu tarix xalqımıza öz gücünə, iradəsinə və haqlı mübarizəsinə olan etibarını əbədi olaraq qazandırdı. İllərin qaranlığını yarıb keçən bu inam işığı hər birimizin yolunu aydınladan əsas güc mənbəyidir.
İnam insanı hədəfə aparan, yorulmaq bilmədən irəliləməyə sövq edən ən böyük mənəvi qüvvədir. Xalqımız ən çətin anlarda belə bu inancı bir an olsun qəlbindən söndürmədi və nəticədə ən uca zirvəyə ucaldı. Bu gün həmin inamla nəfəs alır, hər addımımızı daha böyük qürurla atırıq.
Qalib xalqın nümayəndəsi olmaq insana ayrı bir məsuliyyət və ayrı bir əminlik verir. Bilirik ki, arxamızda duran bu möhtəşəm Zəfər gələcəkdə qazanılacaq yeni uğurların da təməlidir. Bu inam heç vaxt sönməyəcək və nəsildən-nəslə ötürüləcəkdir.
Zəfər Günü inamın zəfər çaldığı, xalqın özünə qovuşduğu unudulmaz gündür. Bu güclə hər zaman irəlidə olacağıq.
İlkin Nəcəfov,
YAP Nizami rayon təşkilatının fəalı



