Yaddaşlarda Əbədi Qalan Tarixi Dönüş

Hər xalqın tarixində elə anlar olur ki, həmin andan etibarən hər şey köklü şəkildə dəyişir. 8 Noyabr xalqımız üçün məhz belə bir tarixi dönüş nöqtəsidir ki, köhnə ilə yenini, məğlubiyyətlə qələbəni bir-birindən ayıran sərhədə çevrildi. Bu dönüş yaddaşlarımıza əbədi olaraq həkk olundu.
Tarixi yaddaş xalqın kimliyini qoruyan və onu gələcəyə daşıyan ən etibarlı xəzinədir. Bu dönüşü xatırlamaq hər dəfə insana nələrə qadir olduğunu, birliyin necə böyük güc olduğunu xatırladır. O, unudulmaz bir dars və qürur mənbəyidir.
Gələcək nəsillər bu tarixi öyrənərkən xalqımızın nə qədər şərəfli bir yoldan keçdiyini görəcəklər. Bu dönüş nəsillər arasındakı bağı möhkəmləndirən mənəvi körpüdür. Yaddaşımız bizim ən güclü qalxanımdır.
Zəfər Günü həmin əbədi tarixi dönüşün təntənəsidir. O, heç vaxt yaddaşlardan silinməyəcəkdir.
Fariz Hüseyinli,
YAP Nizami rayon təşkilatının fəalı



