
Dövlətin müstəqilliyi yalnız siyasi iradə və milli birliklə deyil, həm də bu müstəqilliyi qoruyan möhkəm hüquqi sistemlə təmin olunur. Hər bir ölkənin ictimai-siyasi həyatını istiqamətləndirən, dövlət orqanlarının səlahiyyətlərini müəyyənləşdirən və vətəndaşların hüquqlarını qoruyan əsas sənəd Konstitusiyadır. Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi təməlini formalaşdırmaqla yanaşı, milli dövlətçilik ənənələrinin müasir idarəçilik prinsipləri ilə uzlaşdırılmasına imkan yaratmışdır. 12 Noyabr – Konstitusiya Günü isə bu mühüm sənədin ölkəmizin tarixindəki yerini, hüquqi dövlət quruculuğundakı rolunu və cəmiyyətin inkişafına təsirini dəyərləndirmək üçün əlamətdar gündür.
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi xalqımızın tarixində yeni siyasi mərhələnin əsasını qoydu. Lakin müstəqil dövlətin möhkəmlənməsi üçün yalnız beynəlxalq səviyyədə tanınmaq kifayət etmirdi. Ölkənin idarəçilik sisteminin hüquqi əsaslarının yaradılması, dövlət hakimiyyətinin təşkili, insan hüquqlarının təmin olunması və ictimai münasibətlərin vahid qaydalar əsasında tənzimlənməsi zəruri idi. Bu baxımdan müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanması dövlət quruculuğunun prioritet istiqamətlərindən birinə çevrildi.
1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası qəbul edildi. Bu hadisə ölkənin hüquq tarixində yeni səhifə açaraq dövlətin siyasi quruluşunun, hakimiyyət orqanlarının fəaliyyət prinsiplərinin və vətəndaşların əsas hüquqlarının müəyyənləşdirilməsi üçün fundamental baza yaratdı. Əsas Qanunun qəbul edilməsi Azərbaycanın gələcək inkişafının hüquqi çərçivəsini formalaşdırdı və müstəqil dövlətin fəaliyyətini ümumi konstitusion prinsiplər əsasında təşkil etmək imkanı verdi.
Konstitusiyanın hazırlanması və qəbul edilməsi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm istiqamətlərindən biri idi. Həmin dövrdə ölkənin siyasi və hüquqi sisteminin möhkəmləndirilməsi, dövlət institutlarının fəaliyyətinin tənzimlənməsi və idarəçilikdə sabitliyin təmin edilməsi xüsusi əhəmiyyət daşıyırdı. Yeni Əsas Qanunun qəbul olunması dövlətin hüquqi əsaslarının müəyyənləşdirilməsinə, milli qanunvericilik sisteminin inkişafına və müasir idarəçilik mexanizmlərinin formalaşdırılmasına şərait yaratdı.
Azərbaycan Konstitusiyasının başlıca prinsiplərindən biri dövlət hakimiyyətinin mənbəyinin xalq olmasıdır. Bu prinsip xalqın ölkənin siyasi həyatında iştirakını, dövlətin idarə olunmasında iradəsinin ifadə edilməsini və hakimiyyət orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərməsini nəzərdə tutur. Xalq hakimiyyəti ideyası demokratik idarəçiliyin əsasını təşkil edir. Dövlətin siyasi sistemi və idarəçilik mexanizmləri də məhz bu konstitusion müddəalar əsasında fəaliyyət göstərir.
Əsas Qanunun digər mühüm istiqaməti insan hüquq və azadlıqlarının tanınması və qorunmasıdır. Şəxsin ləyaqətinə hörmət, hüquq bərabərliyi, fikir və söz azadlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququ və təhsil almaq imkanları cəmiyyətin hüquqi inkişafının mühüm göstəriciləridir. Konstitusiyada bu hüquqların təsbit edilməsi vətəndaşların dövlətlə münasibətlərində hüquqi təminatların əsasını yaradır. Eyni zamanda, hüquqların qorunması dövlət orqanlarının üzərinə qanunvericiliyə riayət etmək və vətəndaşların qanuni maraqlarını müdafiə etmək məsuliyyəti qoyur.
Hüquqi dövlət anlayışının əsasını qanunun aliliyi təşkil edir. Bu prinsipə görə, dövlət orqanlarının, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti hüquqi normalara uyğun həyata keçirilməlidir. Qanun qarşısında bərabərlik cəmiyyətdə ayrı-seçkiliyin qarşısının alınmasına, hüquqi münasibətlərin ədalətli əsaslarla qurulmasına və dövlət idarəçiliyinə ictimai etimadın möhkəmlənməsinə xidmət edir. Konstitusion qaydaların qorunması yalnız qanunların mövcudluğu ilə deyil, onların ardıcıl və düzgün tətbiqi ilə mümkün olur.
Dövlət hakimiyyətinin bölünməsi prinsipi də Azərbaycan Konstitusiyasının əsas müddəaları sırasındadır. Qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin səlahiyyətlərinin müəyyənləşdirilməsi dövlət idarəçiliyinin hüquqi çərçivəsini formalaşdırır. Hər bir hakimiyyət
Şəhanə Yaqutova,
YAP Xətai rayon təşkilatının fəalı



