Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu
Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olması yolunda növbəti addımı atmış oldu. Belə ki, prezident İlham Əliyevin 25 aprel 2023-cü il tarixində Bolqarıstana səfəri enerji təhlükəsizliyi kontekstində, həmçinin qarşılıqlı əməkdaşlıq, faydalı əlaqələr baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər həmdə 1995-ci ildə ulu öndər H.Əliyevin Sofiya səfəri zamanı əsası qoyulan dostluq və əməkdaşlıq münasibətlərinin, iqtisadi, siyasi və mədəni bağların bir davamıdır. Ölkələrimiz arasında həmrəyliyin, strateji tərəfdaşlığın təmin edilməsi məqsədi daşıyan, Azərbaycandan Avropaya təbii qazın ötürülməsinin yeni marşrutunun formalaşmasının şahidi oluruq. Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü sistem şəbəkələri ilə SOCAR arasında imzalanan Anlaşma Memorandumu “Həmrəylik halqası” təşəbbüsünün həyata keçirilməsində böyük bir addımdır. Bu yeni layihə Cənub-Qaz Dəhlizi sahəsində sabit enerji təchizatında strateji rol oynayan Azərbaycandan təbii qazın əlavə bazarlara çıxışını təmin edəcəkdir. Cənubi-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyan “Həmrəylik halqası” layihəsinin əhəmiyyətini vurğulayan Avropa siyasətçiləri də bildirmişlər ki, bu tarixi memorandum ölkələrarası əməkdaşlığın mühüm göstəricisidir. Bugün dünya enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi üçün ciddi risklər mövcud olduğu bir zamanda bu əməkdaşlıq regionun inkişafına töhfələr verəcəkdir. Anlaşma Memorandumunun imzalanması Avropaya yeni enerji dəhlizi yaratmağa və qaz təchizatının şaxələnməsinə xidmət edəcəkdir.
Hələ 2022-ci ilin sentyabrın 30-da prezident İ.Əliyevin Bolqarıstana səfəri zamanı Yunanıstan-Bolqarıstan qaz interkorrektorunun istifadəyə verilməsi Cənub Qaz dəhlizinin şaxələndirilməsi üçün potensial imkanlar açmış, həmçinin həmin səfərdə Azərbaycanın qaz tədarükünü 2027-ci ilə kimi iki dəfə artıraraq 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulmuşdur. Bolqarıstan həmin vaxt təşəbbüşçüsü olduğu layihənin mühüm tərəfdaşına çevrildi. “Həmrəylik halqası ”layihəsi (String) Azərbaycan qazının Cənubi-Şərqi Avropada paylanmasını təmin edən bir layihədir. Prezident Ilham Əliyevin çıxışında vurğuladığı kimi daha çox Avropa ölkəsinə daha çox qaz ixracına imkan yaradacaqdır.
Azərbaycanın nəhəng neft-qaz layihələrindən biri olan Anlaşma Memorandumu ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyi xəritəsini yenidən çəkir. Təsadüfü deyil ki, Avropa dövlətləri də beynəlxalq əhəmiyyətli strateji layihələrdən olan “Həmrəylik halqası“ layihəsində Azərbaycanın etibarlı tərəfdaş kimi iştirakını ali səviyyədə dilə gətirir və 26 aprel tarixində imzalanan “Anlaşma Memorandumu” bu vacib həlqənin bərkiməsində xüsusi rol oynayır.
Üç böyük enerji layihələrinin – Xəzər-Aralıq dənizi, digəri Qara dənizə gedən boru kəməri və Cənub Qaz Dəhlizinin uğurlu davamından sonra Azərbaycan bərpa olunan enerji mənbələri üzərində də çalışır. “Həmrəylik həlqəsi” layihəsi həm humanitar həm də mədəni aspektləri özündə birləşdirir. Belə ki, Balkan regionunda Bolqarıstanda yerləşən açıq səma altında ən böyük muzey-kompleksi H. Əliyev fondunun dəstəyilə yenidən bərpa olunub.
Bugün Azərbaycan Avropanın nəinki enerji həmçinin digər sahələrində etibarlı tərəfdaşıdır. Ötən gün imzalanan Enerji sahəsində Strateji Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini gücləndirəcək və bütün bunlar Azərbaycanın Avropa üçün ciddi tərəfdaş olduğunun bariz nümunəsidir.
Əliyeva Aygün,
Xəzər rayonu, 334 nömrəli tam orta məktəbin müəllimi



