
Şuşa Azərbaycan xalqının tarixində özünəməxsus yeriolan, milli kimliyimizi, mənəvi dəyərlərimizi, zənginmədəniyyətimizi və dövlətçilik ənənələrimizi özündəyaşadan müqəddəs şəhərdir. Şuşa sadəcə bir coğrafiməkan deyil, xalqımızın tarixi yaddaşı, milli ruhu, qüruru vəmənəvi varlığının ayrılmaz parçasıdır. Bu şəhərin hər daşı, hər küçəsi, hər qayası Azərbaycanın keçmişindən xəbərverən, milli kimliyimizi və tarixi bağlılığımızı yaşadan canlısalnamədir.
8 Noyabr 2020-ci il Azərbaycan tarixində əbədi yaşayacaqşanlı bir gündür. Şuşanın azad edilməsi ilə xalqımızınonilliklər ərzində qəlbində yaşatdığı həsrətə son qoyuldu, tarixi ədalətin bərpası istiqamətində mühüm mərhələgerçəkləşdi. Bu hadisə yalnız hərbi qələbə deyil, həm dəmilli iradənin, dövlət-xalq birliyinin, Vətən sevgisinin vəsarsılmaz əzmin təntənəsi kimi tarixə düşdü. Şuşanınazadlığı Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyinivə milli məqsədlər ətrafında səfərbər olmaq iradəsininümayiş etdirdi.
Şuşanın azadlığına aparan yol asan olmadı. Bu yolşəhidlərimizin müqəddəs qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, bütöv bir xalqın səbrvə dözümü bahasına keçildi. Buna görə də Şuşa zəfərindəndanışarkən yalnız qələbənin nəticəsini deyil, bu nəticəninarxasında dayanan böyük fədakarlığı, yarımçıq qalanarzuları və Vətən uğrunda canından keçənqəhrəmanlarımızı da unutmamalıyıq. Şuşanın azadlığı hərbir azərbaycanlı üçün həm sonsuz qürur mənbəyi, həm dəgələcək nəsillər qarşısında müqəddəs məsuliyyətdir.
Bu tarixi hadisə bir daha sübut etdi ki, milli birlik, dövlətçilikiradəsi və Vətənə bağlılıq xalqın ən böyük mənəvi gücüdür. Şuşanın azad olunması Azərbaycan dövlətininsuverenliyinin və ərazi bütövlüyünün bərpası yolunda tarixiəhəmiyyət daşıyan hadisə olmaqla yanaşı, gələcək nəsillərəötürüləcək mühüm dövlətçilik dərsidir. Bu dərsin mahiyyətiondan ibarətdir ki, torpağa sahib çıxmaq, milli dəyərləriqorumaq və dövlətçiliyi möhkəmləndirmək hər bir nəslinqarşısında dayanan tarixi vəzifədir.
Şuşanın əhəmiyyəti onun hərbi-strateji mövqeyi iləməhdudlaşmır. Bu şəhər Azərbaycan musiqisinin, poeziyasının, ədəbiyyatının və incəsənətinin beşiyidir. MollaPənah Vaqifin, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün, Xan Şuşinskinin və digər görkəmli şəxsiyyətlərinadı ilə bağlı olan Şuşa milli mədəniyyətimizinformalaşmasında müstəsna rol oynayıb. Qarabağ muğamməktəbinin, musiqi və poeziya ənənələrinin yaşadığı buşəhərin yenidən dirçəlməsi, əslində, milli mədəni irsimizin özdoğma ünvanına qayıdışıdır. Şuşanın hər bir tarixi məkanı, hər bir mədəniyyət nümunəsi xalqımızın əsrlər boyuyaratdığı mənəvi sərvətin ayrılmaz hissəsidir.
Bu gün Şuşada həyata keçirilən bərpa və quruculuq işləri, tarixi abidələrin yenidən həyata qaytarılması, müasirinfrastrukturun yaradılması, mədəni tədbirlərin keçirilməsi vəşəhərin əvvəlki həyat ritminə qovuşması azadlığın real nəticələrini nümayiş etdirir. Şuşanın dirçəlişi yalnız yenibinaların inşası, yolların salınması və infrastrukturunyenilənməsi demək deyil. Bu, həm də tarixi yaddaşınqorunması, milli-mənəvi dəyərlərin yaşadılması, mədəniirsin gələcək nəsillərə ötürülməsi və doğma torpaqlardahəyatın davamlı şəkildə bərpasıdır.
Şuşanın yenidən qurulması Azərbaycanın öz tarixinə, mədəniyyətinə və milli kimliyinə sahib çıxmasının bariznümunəsidir. Şəhərin tarixi-memarlıq simasının qorunmasıilə müasir inkişafın uzlaşdırılması gələcək nəsillərə həmzəngin irs, həm də müasir şəhər mühiti bəxş etmək məqsədidaşıyır. Şuşada həyatın bərpası, insanların doğma yurdaqayıdışı və mədəni ənənələrin yenidən canlanması BöyükQayıdış prosesinin mənəvi mahiyyətini daha da zənginləşdirir. Çünki bir torpağın həqiqi dirçəlişi yalnız onunyenidən qurulması ilə deyil, orada həyatın, ümidin vəgələcəyə inamın bərpası ilə ölçülür.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, dayanıqlı yaşayış mühitinin yaradılması, su təchizatı vəkanalizasiya sistemlərinin, mühəndis-kommunikasiyainfrastrukturunun bərpası Böyük Qayıdışın mühümşərtlərindəndir. İnsanların doğma yurdlarına təhlükəsiz, rahat və davamlı həyat şəraitində qayıtması üçün həyatakeçirilən hər bir layihə Azərbaycanın gələcəyinə xidmət edir. Bu baxımdan Şuşanın və bütövlükdə Qarabağın inkişafıyalnız quruculuq prosesi deyil, həm də dövlətimizinuzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətidir.
Şuşa bizə bir həqiqəti də xatırladır: torpağı azad etməkböyük qəhrəmanlıqdırsa, onu qorumaq, inkişaf etdirmək, tarixi simasını yaşatmaq və gələcək nəsillərə ötürmək dəeyni dərəcədə böyük məsuliyyətdir. Vətənə sevgi yalnızəlamətdar günlərdə səsləndirilən sözlərlə deyil, gündəlikfəaliyyətimizdə, gördüyümüz işlərdə, dövlətə və cəmiyyətəfaydalı xidmətimizdə öz əksini tapmalıdır. Bu gün hərbirimizin üzərinə düşən vəzifə əldə olunmuş tarixinailiyyətləri qorumaq, dövlətçiliyimizi möhkəmləndirmək vəazad edilmiş torpaqlarımızın inkişafına öz töhfəmiziverməkdir.
Şuşa bu gün azadlığın, qayıdışın, dirçəlişin və milli qürurun ünvanıdır. Onun zirvələrində dalğalanan üçrənglibayrağımız xalqımızın tarixi yaddaşını, müstəqillik iradəsinivə gələcəyə olan inamını təcəssüm etdirir. Şuşanın azadlığıkeçmişə olan borcumuzun yerinə yetirilməsi, onun dirçəlişibu günümüzün quruculuq məsuliyyəti, gələcək nəsillərəötürülməsi isə milli-mənəvi borcumuzdur.
Şuşa yalnız tariximizin bir səhifəsi deyil, Azərbaycanın bugünü və gələcəyidir. Şuşanın azadlığı Zəfərimizin, dirçəlişidövlətimizin quruculuq iradəsinin, əbədi yaşaması isəxalqımızın milli yaddaşının təntənəsidir!
8 Noyabr – Şuşa Şəhəri Günü münasibətilə bütünxalqımızı ürəkdən təbrik edir, Şuşanın azadlığı uğrundacanından keçmiş şəhidlərimizin əziz xatirəsini dərinehtiramla yad edir, qazilərimizə şəfa, müharibəiştirakçılarına möhkəm cansağlığı arzulayırıq.
Kamran Quliyev,
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini.



