
31 oktyabr 2026-cı il tarixində Xəzər rayonu Zirə qəsəbəsində Birinci Qarabağ müharibəsi şəhidi Əliyev Mikayıl Atababa oğlunun əziz xatirəsi ehtiramla yad edilib.
Əvvəlcə Zirə qəsəbəsində yerləşən Cümə məscidində şəhidin xatirəsinə təşkil olunan ehsan süfrəsində iştirak olunub.
Mərasimdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, RİHBA-nın əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha sonra şəhid Əliyev Mikayıl Atababa oğlunun məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.




