Analitika

Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı

Ulu öndər hər zaman deyirdi: İqtisadiyyatı zəif olan dövlət heç vaxt inkişaf edə bilməz.

Dövlətin inkişafı bilavasitə onun iqtisadiyyatının inkişafından asılıdır. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Heydər Əliyevin Azərbaycana ilk rəhbərlik dövründə xeyli işlər görmüşdür. Ümummilli lider ilk dəfə Azərbaycana 1969-cu ildə hakimiyyətə gəlmişdi və o vaxtlar Azərbaycan öz iqtisadi potensialını maksimum dərəcədə işlətmişdir. Yeni üfuqlər, yeni islahatlar lazım idi. Bir dövlət başçısı kimi, təcrübəli rəhbər kimi, bəlkə də böyük iqtisadiyyatçı kimi Heydər Əliyev çox gözəl düşünürdü ki, Azərbaycanın yeni bir səviyyəyə, iqtisadi inkişafını qaldırmaq yalnız Azərbaycanın özülü olan neft və qaz sənayəsinin inkişafı ilə bağlıdır. Heydər Əliyev istesalatın tam dəyişilmiş formada islahatların aparılmasına göstəriş verdi ki, bu da neft və qaz istehsalının modernləşməsinə təkan verdi. Tükənməkdə olan neft-qaz yataqlarının yeni kəşflərinə görə infrastruktur dəyişildi. Özüllər zavodu yaradıldı ki, bu da bizim ölkənin gələcəyinin uzun illər inkişafına şərait yaratdı. Eyni zamanda neft yataqlarının infrasukturunun təkmilləşməsi üçün Azərbaycana yeni kran gəmilər gətirildi ki, bu Sovet İttifaqında yeganə olaraq bizim ölkədə idi. Hər bir inkişaf üçün eskadaladalar tikildi. Bütün bunları qeyd etməkdə məqsədimiz budur ki, Azərbaycan hələ müstəqil dövlət olmamışdan əvvəl hər zaman Heydər Əliyevin diqqət mərkəzində olmuş, bir rəhbər kimi ölkəsi üçün, vətəninin inkişafı üçün əlindən gələnlərdən də artıq işlər görmüşdür.

Heydər Əliyev iqtisadiyyatın inkişafı üçün təkcə təbii sərvətlərimizdən deyil, energetika sahəsindən də istifadə etmişdir. Əli Bayramlıda, indiki Şirvan şəhərində istilik elektrik stansiyası, Mingəçevirdə su elektrik stansiyası Heydər Əliyevin proqramı əsasında işlənib hazırlanmışdır. Bu gün biz neft emalından danışırıqsa, etiraf etməliyik ki, onun özülünü dahi lider qoymuşdur. Əgər biz kimyadan danışsaq, bilirik ki, Sumqayıt şəhərində böyük bir kimya kompleksinin əsasının qoyuluşu məhz Heydər Əliyevin planı üzərindən yerinə yetirilmişdir.

Ulu öndərin uzaqgörənəliyi o idi ki, o tək Bakıda deyil, bu işləri regionlarda da görürdü. Bakıda yeni kondisioner zavodu, Gəncədə avtomobil zavodu, Mingəçevirdə kabel zavodları və s. tikilməklə sənaye yüksəlmiş, iqtisadiyatımıza yeni tövhələrini vermişdir. Müstəqillik illərində görülən işlərin əsas faizi Heydər Əliyevin əvvəlki rəhbərlik dövründə gördüyü işlərdən, bazasından qaynaqlanır. Ona görə də 1993-cü ildə yenidən rəhbərliyə gələndə yeni islahatlar, yeni proqramlar qoyanda yalnız yuxarıda sadalanan işlər onun əsasını təşkil edirdi. Bunu möhtərəm prezidentimiz İlham Əliyev də öz nitqində demişdir ki, əgər bütün bunlar olmasaydı, vaxtında bu işlər görülməsə idi, bəlkə də biz Azəri, Çıraq, Günəş, Bakı-Tbilisi-Ceyhan və başqa bizim inşa etdiyimiz platformaların heç biri olmazdı. Yəni bunun əsası hələ o illərdə Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Tarixə baxarkən Azərbaycanın böhran bir vəziyyətində olduğu illlər də qarşımıza çıxır. Respublikanın hər bir sahəsində böyük boşluq var idi, iqtisadiyyat xaos vəziyyətində idi, buna da səbəb maliyyənin olmaması, hakimyyətdə olan bəzi qüvvələrin istehsalatdakı dağıntılara səbəb olmaları, yüksək ixtisaslı kadrların aradan götürülməsi və başqa neqativ hallar olmuşdur. İqtisadiyyatı yenidən bərpa etmək üçün zəka, böyük savad, böyük siyasət lazım idi ki, bütün bunlar da Heydər Əliyevə xas olan xüsusiyyətlər idi. İqtisadiyyatın bərpasında neft stategiyası əsas rolda idi. Neft stategiyasının əsası tanınmış xarici neft şirkətlərini Azərbaycana gətirmək, eyni zamanda onların maliyyə hesablarına kapital qoymaq, infrastukturu yenidən qurmaq və infrastrukturu elə qurmaq lazım idi ki,sənaye və əmək təhlükəsizliyini təmin etsin, eyni zamanda ətraf mühiti qorusun. Heydər Əliyev Azərbaycan neftini dünya bazarına çıxararaq ondan gələn gəlir də vətəndaşların rifahı üçün, yaşayış səviyyələrinin yüksəlməsi üçün əsas gəlir idi.

Dahi lider yaratdığı inkişaf modeli ilə böyük işlər görmüşdür. Bu işlər, bu inkişaf bütün sahələrdə özünü əks etdirirdi. Bü gün də Heydər Əliyevin əməlləri və ideyaları cənab prezidentimiz İlham Əliyevin gərgin əməyi və fəaliyyəti ilə yaşanır.

Adil Əliyev,
Xəzər rayonu, 124 №li məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button