Ölkəmiz dinamik şəkildə inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabər hüquqlu üzvüdür, söz sahibi olan dövlətdir.
18 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanim Mehriban Əliyeva ilə Salyan şəhərinə səfər etmişdir. İlk öncə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birlikdə Salyan şəhərində yerləşən Ümumlider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Salyan rayonuna səfər nəticəsində görülən işlər və inkişaf prosesi ilə tanış oldular.
Azərbaycanın dinamik inkişafı bu il də uğurla davam etməkdədir. Prezident İlham Əliyev AzTv verdiyi müsahibədə bildirdi ki, 2004-cü ildən regionlarda baş verən sosial-iqtisadi inkişafi Dövlət Proqramları həyata keçirilir. Hal-hazırda IV proqram icra edirlir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük quruculuq işləri aparılmışdır və bu işlər davam etdirilir. Prezident İlham Əliyevin mütəmadi olaraq bölgələrə səfərləri verilmiş tapşırıqlara nəzərat etmək, həmçinin bölgənin inkişafı üçün yeni proqramların hazırlanmasını təmin etməkdir.
Sosial-İqtisadi İnkişaf Dövtəl Proqramı çərçivəsində ilk növbədə əhalinin rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən, sosial infrastruktur obyektlərinin qurulması, bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişaf həm sosial xarakter daşıyır və eyni zamanda ölkəmizi gücləndirir.
Bölgəyə bu səfər də ənənəvi xarakter daşıyır. Məqsəd Salyan və Neftçala rayonlarında yenidənqurma nəticəsində yaradılan sosial infrastrukturlarla yaxından tanış olaraq, bölgənin inkişafına nəzarət etməkdir. Yenidənqurma nəticəsində Salyan rayonunda yaradılan infrastukturlar özü bir nəticədir. Salyan rayonunda yaradılan ASAN xidmət mərkəzi ölkə ərazisində artıq 25-ci mərkəzdir. ASAN xidmət sistemi artıq dünyada Azərbaycan brendi kimi tanınır. Nəinki, ölkə əhalisinin tərəfindən yüksək qiymətləndirilir, həmçinin ASAN xidmət mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8% -dir. Eyni zamanda dünyada ASAN modelini bir neçə ölkə öyrənərək tətbiq edir. Bu ölkələrə metodik dəstək veririk. Son 10 ildə ASAN xidmət mərkəzlərinə əhali tərəfindən 61 mln müraciət olmuşdur. Bu xidmətin yaradılması ictimai xidmətlər arasında bir inqilabdır. Hal-hazırda mərkəzlərdə 300-dən çox xidmət göstərilir və beləlikdə ASAN xidmət bizim intelektual məhsulumuzun bir nümunəsidir və biz bu intelektual məhsulu dünya ölkələrinə ixrac edirik.
Digər tədbirlər də bölgənin sürətli inkişafından xəbər verir. Məsələn, Olimpiya İdman Kompleksi, Uşaq xəstəxanası, Doğum evi, Elektrik təhcizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi və digər tədbirlər ,həmçinin, iş yerlərinin yaradılması ilə bağlı addımlar ,o cümlədən, Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı, bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir. Sosial siyasət uğurla icra edilir. Eyni zamanda infrastuktur layihələrin icrası nəticəsində yolların daha keyfiyyətli asfalt örtüklərlə bərpa edilir və yeni yollar salınır. İqtisadiyyatın real sektoru iş yerləri ilə bağlı olan təsəbbüslərimiz, sənayeləşmə ilə bağlı olan təşəbbüslərimiz, ixrac yönümlü məhsulların istehsalı ilə bağlı təşəbbüslərimiz bütün bunlar yerinə yetirilir və bir daha ölkəmizin gücünü göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan və Neftçala rayonlarına səfəri nəticəsində görülən yenidənqurma işlərdən razı qaldığını söyləyək, regionun davamlı inkişafi ilə bağlı daim dövlət proqramlarının həyata keçiriləcəyini bildirib.
Fatma Əsgərova,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin müəllimi



