GündəmSosial

” Kiş” ərazi partiya təşkilatında iclas keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı 27 oktyabr 2026-cı il tarixində Heydər Əliyev adına Kiş kənd tam orta məktəbin akt zalında YAP Şəki rayon təşkilatının “Kiş” ərazi partiya təşkilatının (ƏPT) iclası keçirilib.

İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının, kənd İƏD üzrə nümayəndəliyin, bələdiyyənin, məktəb və uşaq bağçasının, tibb məntəqəsinin rəhbərliyi, əməkdaşları, ƏPT-nın qeydiyyatında olan partiya üzvləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, məktəbin direktoru İsmayıl Balacayev, məktəbin tarix müəllimi Cəsarət Abdullayev, Bələdiyyə sədri Tofiq Məmmədov, ƏPT sədri Elçin Qarayev və kənd sakini Kamran İlyasov çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu, cəmiyyətin siyasi həyatındakı rolu və fəaliyyəti, eləcə də partiyanın əldə etdiyi nailiyyətlər barədə ətraflı danışılıb. Prezident, YAP sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələr, dövlət siyasətinin prioritet istiqamətləri, milli maraqların qorunması və ideoloji təhlükəsizliyin təmin olunması məsələləri diqqət mərkəzində olub.
Müasir dövrdə ideoloji təhlükəsizliyin əhəmiyyəti, milli-mənəvi dəyərlərin qorunması, cəmiyyətin maarifləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və partiyanın ideoloji fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib. Eyni zamanda, əhali arasında maarifləndirmə və təbliğat işlərinin sistemli şəkildə aparılmasının, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının vacibliyi vurğulanıb.
Bildirilib ki, Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrin uğurla həyata keçirilməsi hər bir partiya üzvündən məsuliyyətli fəaliyyət, təşəbbüskarlıq və ictimai fəallıq tələb edir. Bu baxımdan, yerli təşkilatların fəaliyyətinin daha da təkmilləşdirilməsi, vətəndaşlarla əlaqələrin gücləndirilməsi və dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması mühüm əhəmiyyət daşıyır.
İclasın sonunda müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflər səsləndirilib, qarşıda duran vəzifələrin həyata keçirilməsi, maarifləndirmə və təbliğat işlərinin davam etdirilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.

Oxşar Xəbərlər

Back to top button