AnalitikaGündəmSiyasət

Bakıdan dünyaya uzanan sülh və dialoq çağırışı

2026-cı il oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundaçıxışı ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin, sülhə, qarşılıqlı anlaşmaya və mədəni əməkdaşlığa verdiyi önəmin ifadəsi kimi diqqətçəkib. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan forum müxtəlifxalqların, mədəniyyətlərin və sivilizasiyaların nümayəndələrini bir araya gətirərəkbəşəriyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıyan məsələlərin müzakirəsinəgeniş imkan yaradıb. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın beynəlxalqdialoqun inkişafına verdiyi töhfələrin, ölkəmizin zəngin tarixi irsinin vəmultikultural dəyərlərə əsaslanan dövlət siyasətinin təqdimatı baxımından xüsusiəhəmiyyət daşıyıb.

Müasir dövrdə dünyada baş verən siyasi proseslər, regional münaqişələr, qarşılıqlıetimadın zəifləməsi və mədəni fərqliliklər ətrafında yaranan anlaşılmazlıqlardialoqun əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə xalqların bir-birinidinləməsi, fərqli mövqelərə hörmətlə yanaşması və ümumi maraqlar ətrafındabirləşməsi davamlı inkişafın mühüm şərtlərindəndir. Azərbaycan Prezidentiçıxışında beynəlxalq əməkdaşlığın və qarşılıqlı anlaşmanın vacibliyinə diqqətçəkərək dialoqun yalnız söz mübadiləsi deyil, həm də problemlərin həllinə, etimadın möhkəmlənməsinə və gələcəyə yönəlmiş birgə təşəbbüslərin həyatakeçirilməsinə xidmət etməli olduğunu ön plana çıxarıb. Bu yanaşma müasirdünyanın mürəkkəb çağırışları qarşısında əməkdaşlığın nə qədər vacib olduğunubir daha göstərir.

Azərbaycanın belə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi təsadüfideyil. Ölkəmiz tarixən Şərqlə Qərbin qovuşduğu, müxtəlif mədəniyyətlərin və diniənənələrin qarşılıqlı əlaqədə olduğu məkan kimi tanınıb. Əsrlər boyu formalaşmıştolerantlıq ənənələri, milli-mənəvi dəyərlərə bağlılıq və fərqli mədəniyyətlərəhörmət bu gün də Azərbaycan cəmiyyətinin mühüm xüsusiyyətlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bu zəngin irsinqorunmasına, beynəlxalq miqyasda tanıdılmasına və mədəniyyətlərarasıəməkdaşlığın genişləndirilməsinə istiqamətlənib. Bakıdan dünyaya ünvanlanandialoq çağırışı da məhz bu tarixi təcrübəyə, sülhə və qarşılıqlı hörmətə əsaslanandəyərlərə söykənir.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalqnüfuzunun möhkəmləndirilməsi, müxtəlif ölkələr arasında münasibətlərin inkişafıvə ortaq problemlərin həlli istiqamətində əməkdaşlığın gücləndirilməsi baxımındanmühüm platformadır. Prezident İlham Əliyevin çıxışı bir daha göstərir ki, ölkəmizbeynəlxalq məsələlərin müzakirəsində fəal iştirak etməklə yanaşı, sülh və anlaşmaideyalarının təşviqinə də xüsusi önəm verir. Bu gün Azərbaycan öz millimaraqlarını qətiyyətlə müdafiə edən, eyni zamanda beynəlxalq əməkdaşlığıninkişafına töhfə verən dövlət kimi tanınır. Bakıdan səslənən dialoq çağırışı isəxalqları bir-birinə yaxınlaşdıran, gələcəyə inamı gücləndirən və daha təhlükəsizdünya quruculuğuna xidmət edən mühüm mesajdır.

 

Aydın Fərəcov,
YAP
Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button