
Azərbaycanın çoxəsrlik tarixi müxtəlif xalqların, dinlərin və mədəniyyətlərinqarşılıqlı əlaqəsi şəraitində formalaşıb. Bu torpaqda fərqli milli mənsubiyyətəmalik insanlar öz dillərini, adət-ənənələrini və dini inanclarını qoruyaraq vahidcəmiyyətin inkişafına töhfə veriblər. Prezident İlham Əliyevin 2026-cı il oktyabrın27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda etdiyi çıxışAzərbaycanın bu sahədəki təcrübəsinin və multikultural dəyərlərə əsaslanansiyasətinin əhəmiyyətini bir daha gündəmə gətirib. Dövlət başçısının çıxışımüxtəlif mədəniyyətlərin dinc yanaşı yaşamasının, qarşılıqlı hörmətin və millihəmrəyliyin müasir cəmiyyətlərin inkişafında mühüm rol oynadığını göstərənəhəmiyyətli mesajlarla yadda qalıb.
Multikulturalizm yalnız müxtəlif xalqların eyni coğrafiyada yaşaması deyil, həmdə onların hüquqlarına hörmətlə yanaşılması, mədəni irslərinin qorunması vəcəmiyyətin inkişafında bərabər imkanlara malik olmaları deməkdir. Azərbaycandabu dəyərlər ictimai münasibətlərin mühüm tərkib hissəsi kimi formalaşıb. Ölkəmizdə müxtəlif dini icmaların fəaliyyət göstərməsi, tarixi ibadət yerlərininqorunması və fərqli mədəniyyətlərə məxsus ənənələrin yaşadılması tolerantlıqmühitinin əyani göstəriciləridir. Bu mühit cəmiyyətdə qarşılıqlı etimadıgücləndirir, insanların bir-birini daha yaxşı anlamasına və ortaq məqsədlər naminəəməkdaşlıq etməsinə şərait yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda milli-mənəvi dəyərlərinqorunması, mədəni irsin təbliği və tolerantlıq ənənələrinin yaşadılmasıistiqamətində həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq aləmdə tanıdılmasınamühüm töhfə verir. Multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsində təşkilolunan beynəlxalq tədbirlər Azərbaycanın bu istiqamətdə qazandığı təcrübənindünya ictimaiyyətinə çatdırılmasına imkan yaradır. Eyni zamanda, beləplatformalar müxtəlif ölkələrin nümayəndələri arasında fikir mübadiləsiningenişlənməsinə, mədəniyyətlər haqqında məlumatlılığın artmasına və ortaqproblemlərin həlli üçün yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir.
Mədəni müxtəlifliyin qorunması gələcək nəsillərin mənəvi tərbiyəsi baxımından daxüsusi əhəmiyyət daşıyır. Gənclərin tolerantlıq, vətənpərvərlik, qarşılıqlı hörmət vəhumanizm ruhunda yetişməsi cəmiyyətin sağlam inkişafının əsas şərtlərindəndir. Azərbaycan öz tarixi təcrübəsi ilə sübut edir ki, müxtəliflik milli birliyə maneolmur, əksinə, düzgün qorunduqda cəmiyyətin mənəvi sərvətini daha dazənginləşdirir. Prezident İlham Əliyevin forumdakı çıxışının daşıdığı əsasmesajlardan biri məhz xalqları ayıran fərqliliklərə deyil, onları birləşdirən ümumidəyərlərə diqqət yetirilməsinin vacibliyidir.
Aliyə Həsənova,
YAP Xəzər rayon təşkilatının fəalı



