
Azərbaycan xalqının müstəqillik yolu milli iradənin, dövlətçilik ənənələrinin vəgələcəyə inamın təcəssümüdür. Xalqımız müxtəlif tarixi mərhələlərdə öz millikimliyini qoruyaraq müasir müstəqil dövlətin qurulmasına nail olub. Müstəqilliyinbərpasından sonra ölkəmiz qarşısında siyasi, iqtisadi və sosial sahələrdə mühümvəzifələr dayanırdı. Bu vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycanıninkişaf yolunu müəyyənləşdirib, dövlətin beynəlxalq mövqelərininmöhkəmlənməsinə və milli maraqlarının qorunmasına şərait yaradıb. Prezidentİlham Əliyevin 2026-cı il oktyabrın 27-də VII Ümumdünya MədəniyyətlərarasıDialoq Forumundakı çıxışı Azərbaycanın müasir inkişafının, tarixi təcrübəsinin vəbeynəlxalq əməkdaşlığa verdiyi önəmin təqdim edilməsi baxımından əhəmiyyətdaşıyıb.
Müstəqil dövlət quruculuğu yalnız siyasi suverenliyin əldə olunması iləməhdudlaşmır. Bu proses iqtisadi potensialın gücləndirilməsini, müasirinfrastrukturun yaradılmasını, təhsil və mədəniyyət sahələrinin inkişafını, eləcə dəmilli-mənəvi dəyərlərin qorunmasını əhatə edir. Azərbaycan müstəqillik illərindəmüxtəlif sahələrdə həyata keçirilən islahatlar və beynəlxalq əməkdaşlığıngenişləndirilməsi sayəsində mühüm nailiyyətlər əldə edib. Ölkənin iqtisadiimkanlarının artması, beynəlxalq əlaqələrinin genişlənməsi və mədəni diplomatiyasahəsində fəallığının yüksəlməsi müasir Azərbaycanın inkişaf mənzərəsiniformalaşdıran əsas istiqamətlərdəndir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq tədbirlərə evsahibliyi etməsi, qlobal məsələlərin müzakirəsində fəal iştirak etməsi vəmədəniyyətlərarası dialoqun təşviqinə xüsusi diqqət yetirməsi ölkəmizin müasirdünyada tutduğu mövqeyi gücləndirir. Bu fəaliyyət Azərbaycanın yalnız özinkişafına deyil, həm də beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verməkniyyətini nümayiş etdirir. Tarixi irsin qorunması ilə müasir inkişafın uzlaşdırılmasıölkəmizin siyasətində mühüm yer tutur. Milli kimliyə bağlılıq, müstəqilqərarvermə iradəsi və beynəlxalq əməkdaşlığa açıqlıq Azərbaycanın inkişafmodelinin səciyyəvi xüsusiyyətlərindəndir.
Müstəqilliyin qorunması və möhkəmləndirilməsi hər bir nəslin üzərinə düşənməsuliyyətdir. Gələcək nəsillərin milli tariximizi dərindən öyrənməsi, dövlətçilikənənələrinə hörmətlə yanaşması və ölkəmizin inkişafına töhfə verməsiAzərbaycanın tərəqqisinin davamlılığı üçün mühüm əhəmiyyət daşıyır. Bu günmüstəqil Azərbaycan öz milli maraqlarını qoruyaraq beynəlxalq əməkdaşlıqimkanlarını genişləndirir, sülh və qarşılıqlı anlaşma ideyalarını dəstəkləyir. Ölkəmizin qazandığı uğurlar xalqımızın zəhmətinin, iradəsinin və gələcəyəinamının nəticəsidir. Müstəqillik ən böyük milli sərvətimiz, onun qorunması isəümumi amalımızdır.
Fatimə Əliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı



