
Gənclər hər bir cəmiyyətin gələcəyini formalaşdıran, yeni ideyalar irəli sürən vədəyişən dünyanın çağırışlarına cavab verən mühüm qüvvədir. Onlarındünyagörüşü, fərqli mədəniyyətlərə münasibəti və ictimai proseslərdə iştirakıgələcək nəsillər arasında münasibətlərin necə qurulacağını müəyyənləşdirir. Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də VII ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumunda etdiyi çıxışın əhatə etdiyi mövzulargənclərin qarşılıqlı anlaşma və əməkdaşlıq prosesində rolunun əhəmiyyətini birdaha xatırladır. Müasir dövrdə gənclərin dialoq mədəniyyətinə yiyələnməsi, fərqlifikirlərə hörmətlə yanaşması və ortaq məqsədlər naminə birləşməsi xüsusiəhəmiyyət daşıyır.
Qloballaşan dünyada informasiya texnologiyalarının inkişafı müxtəlif ölkələrdəyaşayan insanların bir-biri ilə əlaqə qurmasını asanlaşdırıb. Bununla yanaşı, yanlışməlumatlar, stereotiplər və dözümsüzlük yaradan yanaşmalar da sürətlə yayılabilir. Belə bir şəraitdə gənclərin tənqidi düşünmə qabiliyyətinin inkişaf etdirilməsi, fərqli mədəniyyətlər haqqında düzgün məlumat əldə etməsi və məlumatlarıməsuliyyətlə qiymətləndirməsi mühüm vəzifədir. Təhsil müəssisələri, ailələr vəictimai təşkilatlar gənclərin qarşılıqlı hörmət və humanizm prinsiplərinə əsaslanandünyagörüşünün formalaşmasında mühüm rol oynayırlar.
Azərbaycanın zəngin tarixi və mədəni irsi gənc nəslin vətənpərvərlik ruhundayetişməsi ilə yanaşı, digər xalqların dəyərlərinə hörmətlə yanaşması üçün də genişimkanlar yaradır. Milli kimliyini tanıyan, ana dilinə və mədəniyyətinə bağlı olangənc eyni zamanda başqa xalqların tarixinə, ənənələrinə və dünyagörüşünə dəhörmətlə yanaşa bilər. Bu yanaşma milli dəyərlərlə ümumbəşəri prinsiplərinuzlaşdırılmasına, cəmiyyətdə qarşılıqlı anlaşmanın güclənməsinə və beynəlxalqəməkdaşlığın inkişafına xidmət edir. Mədəniyyətlərarası dialoq gənclərə yalnızfərqli cəmiyyətləri tanımaq deyil, həm də ümumi problemlərin həllində iştiraketmək imkanı verir.
Gənclərin beynəlxalq forumlarda, təhsil proqramlarında, mədəniyyət layihələrindəvə ictimai təşəbbüslərdə iştirakı onların dünyagörüşünün genişlənməsinə mühümtöhfə verir. Belə fəaliyyətlər gənclərdə məsuliyyət, əməkdaşlıq, liderlik və sosialfəallıq keyfiyyətlərini inkişaf etdirir. Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycanın beynəlxalq humanitar platformalarda fəallığının artması gənclərüçün də yeni imkanların yaranmasına şərait yaradır. Gələcəyin sülhsevər vəməsuliyyətli vətəndaşlarının yetişməsi üçün dialoq mədəniyyətinin təşviqi, təhsilininkişafı və milli-mənəvi dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır.
Lalə Abbasova,
YAP Xəzər rayon təşkilatının fəalı



