GündəmSosial

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən əsas vəzifələr ərazi partiya təşkilatlarında diqqətə çatdırılıb

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında qarşıya qoyulan məqsəd və vəzifələrin izahı, partiyanın gələcək fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə YAP Tərtər rayon təşkilatında tədbirlər davam etdirilir. Növbəti görüş Sərbəst və Əskipara ərazi partiya təşkilatlarında keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev bildirib ki, VIII Qurultay partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisədir. O, Prezident İlham Əliyevin qurultaydakı çıxışında ölkənin inkişaf perspektivləri, siyasi sabitliyin qorunması, milli maraqların müdafiəsi və cəmiyyətin qarşısında duran prioritet məsələlərlə bağlı mühüm məqamların yer aldığını diqqətə çatdırıb.
Sədr müavini A.Ağayev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının gücü onun cəmiyyətlə sıx əlaqəsində, üzvlərinin fəallığında və ümummilli məqsədlər ətrafında birləşməsindədir. Onun sözlərinə görə, ərazi partiya təşkilatları əhali arasında dövlət siyasətinin mahiyyətinin izah olunmasında, ictimai təşəbbüslərin dəstəklənməsində və gənclərin partiya fəaliyyətinə cəlb edilməsində mühüm rol oynayırlar. Həmçinin qeyd edib ki, müasir dövrdə ideoloji işin keyfiyyətinin yüksəldilməsi, informasiya mühitində fəallığın artırılması, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik prinsiplərinin təbliği əsas istiqamətlərdəndir. O, partiya üzvlərini qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirak etməyə çağırıb.
Görüş zamanı çıxış edən partiya fəalları qurultayın əhəmiyyəti ilə bağlı düşüncələrini bölüşərək, YAP-ın fəaliyyətinin daha da genişləndirilməsi, ərazi partiya təşkilatlarının işinin təkmilləşdirilməsi və ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi barədə fikirlərini bildiriblər.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasına dəstək ifadə olunub.
Tədbirin sonunda Sərbəst ərazi partiya təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması və VIII Qurultayda müəyyənləşdirilən hədəflərin təbliği istiqamətində işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Oxşar Xəbərlər

Back to top button