AnalitikaGündəmSiyasət

Bir şəhərin qayıdışı, milli iradənin təntənəsi

25 oktyabr 2020-ci il. Bu tarix Azərbaycanın hərb tarixinə, milli yaddaşına və mü­a­sir inkişaf salnaməsinə qızıl hərflərlə yazılmış günlərdən biridir. Həmin gün Azər­bay­can Ordusunun qəhrəmanlığı nəticəsində Qubadlı rayonu 27 ildən sonra iş­ğal­dan azad edildi. Bu qələbə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə növbəti parlaq zəfər idi.

Bu gün Qubadlıda qeyd olunan hər bir əlamətdar hadisənin arxasında böyük mü­ba­rizə, səbir və fədakarlıq dayanır. Şəhərin azadlığı uğrunda aparılan mübarizə Azər­bay­can əsgərinin döyüş əzmini, xalqımızın birliyini və dövlətimizin qətiyyətini nümayiş et­dir­di. Qubadlıya qayıdan azadlıq nəfəsi təkcə bir şəhərin deyil, bütövlükdə Azər­bay­can­ın yeni inkişaf mərhələsinin simvollarından birinə çevrildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsa­sən, hər il oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Bu tarix azadlığın qiy­mə­tini, mil­li həm­rəy­li­yin gücünü və əzəmətini xatırladır. 25 oktyabrın Qubadlı Şəhəri Gü­nü kimi qeyd olunması da bu tarixi hadisənin əhə­miy­yətini gələcək nəsillərə çat­dır­maq baxı­mın­dan mühüm məna daşıyır.

Qubadlı ölkəmizin qədim yaşayış məskənlərindən biri, zəngin təbiəti, özünəməxsus mə­dəniyyəti və tarixi ənənələri ilə seçilən regionlarından biridir. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun tarixi düşmənlərimiz tərəfindən işğal edilməsi bölgənin hə­ya­tın­da ağır bir mərhələnin başlanğıcı oldu. Torpaqlarımızın əsarətdə olduğu illərdə büt­öv­­­lük­də xalqımız düşməndən qisasın alınacağına, Zəfər gününün gələcəyinə olan ina­mını daima yaşatdılar.

2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi həmin inamın gerçəkləşməsi yo­­lun­da həl­le­dici dönüş yaratdı. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar işğal altındakı torpaqlarımızın azad olunmasına imkan yaratdı.

Azadlıq xəbəri Qubadlı sakinləri üçün bu xəbər illərlə gözlənilən qayıdışın müm­kün­lüyünü gös­tə­rən tarixi müjdə idi. Şəhərin azad edilməsi doğma evlərin yenidən qu­ru­lacağına, kü­çə­lərin canlanacağına və yeni nəslin öz torpağında yaşayacağına dair eti­ma­dı güc­lən­dirdi.

Qubadlı uğrunda qazanılan qələbə həm də onu göstərdi ki, milli birlik və məq­səd­yön­lü mübarizə xalqın ən böyük mənəvi dayaqlarındandır.

Qubadlının azad edilməsi Azərbaycan Ordusunun Vətən müharibəsində həyata ke­çir­diyi uğurlu əməliyyatların mühüm mərhələlərindən biri kimi tarixə düşüb. Mü­rək­kəb rel­yefə malik ərazilərdə aparılan döyüşlər hərbçilərimizdən yüksək peşə­kar­lıq, cə­sa­rət, çeviklik və böyük iradə tələb edirdi.

Azərbaycan əsgəri qarşısına qoyduğu məqsədə doğru şücaətlə irəlilədi. Döyüşən igidlərin fədakarlığı, komandanlığın düzgün qərarları və xalqımızın orduya göstərdiyi mənəvi dəstək qələbənin əldə edilməsində mühüm rol oynadı. Cəbhədə döyüşən əs­gər­lə­rin arxasında bütöv bir xalqın iradəsi dayanırdı.

Qubadlının azadlığı uğrunda aparılan mübarizədə şəhidlərimizin qəhrəmanlığı xü­su­si ehtiramla yad edilir. Onlar Azərbaycanın ərazi bütövlüyü naminə öz hə­yat­la­rı­nı qurban verdi. Həmçinin qazilərimizin keçdiyi ağır sınaqlar xalqımızın yad­da­şın­da də­rin iz buraxdı.

Bu gün Qubadlıda və digər azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri hə­min qəhrəmanlığın nəticələrini yaşatmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Şə­hidlərimizin xatirəsinə ən böyük ehtiram onların uğrunda mübarizə apardıqları tor­paq­larda təhlükəsiz, firavan və davamlı həyatın qurulmasıdır.

Cənab Prezident İlham Əliyevin 2020-ci il dekabrın 23-də Qubadlı şəhərində şanlı bay­rağımızı ucaltması Zəfər tariximizin əlamətdar hadisələrindən biri oldu. Üçrəngli bay­rağımızın şəhərdə dalğalanması Azərbaycanın suverenliyinin və dövlət iradəsinin rəm­zinə çevrildi.

Qubadlı Şəhəri Günü hər il qeyd olunarkən bu hadisələrin mənəvi əhəmiyyəti bir daha ön plana çıxır. Bu tarix gənc nəslə vətənpərvərlik ruhunun aşılanması, milli ta­ri­xi­mi­zin öyrənilməsi və dövlət müstəqilliyimizin dəyərinin dərk edilməsi baxımından da va­cibdir.

Qubadlının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim qəl­bimizdə yaşayacaq. Qəhrəman Ordumuzun qazandığı Zəfər, xalqımızın birliyi, doğ­­ma Vətənimizə sevgimiz və bağlılığımız isə gələcək nəsillər üçün əbədi qürur mən­bə­yi olacaq.

Nemət Məmmədov,
“Ayna Sultanova küç. 5” ərazi partiya təşkilatının sədr müavini,Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi

Oxşar Xəbərlər

Back to top button