
Oktyabrın 20-də “A.M.Şərifzadə küç. 229” ünvanı üzrə(AR Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzi PHŞ ) ərazi partiya təşkilatı və “H.Cavid pr. 115″ (AR ETN N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) ərazi partiyatəşkilatında Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərləbağlı müşavirələr keçirilib.
Müşavirələrdə YAP Yasamal rayon təşkilatının sədriBəxtiyar Nəbiyev, AR Səhiyyə Nazirliyi Bakı ŞəhərNarkoloji Mərkəzi PHŞ-nin direktoru Qalib Məmmədov, AMEA-nın müxbir üzvü, “H.Cavid pr. 115″ ərazi partiyatəşkilatının sədri Namiq Cəlilov, YAP Yasamal rayontəşkilatının əməkdaşları və ərazi partiya təşkilatlarınınüzvləri iştirak ediblər.
Müşavirələr Azərbaycan xalqının Ümummilli LideriHeydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazibütövlüyü və suverenliyi uğrunda canından keçmişşəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yadedilməsi ilə başlayıb. Ardınca Azərbaycan RespublikasınınDövlət Himni səsləndirilib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və proqram xarakterli nitqinindərin ideoloji-siyasi mahiyyəti, ölkəmizin postmüharibədövründəki strateji inkişaf xətti və müxtəlif sahələrdəfəaliyyət göstərən ərazi partiya təşkilatlarının qarşısındaduran mühüm vəzifələr barədə geniş məruzə edib. Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi tərəqqisinin və tarixi Zəfərlərinin əsas hərəkətverici qüvvəsi olmuşdur. Ulu Öndərin zəngin dövlətçilik xəttini uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Əldə olunan bu möhtəşəm nailiyyətlər partiyamızın yürütdüyü ardıcıl siyasi kursun və sarsılmaz xalq-iqtidar birliyinin parlaq nümayişidir.B.Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər istər səhiyyə, istərsə də elmi-tədqiqat ocaqlarında fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işində keyfiyyətcə yeni mərhələ açmışdır. Sağlam cəmiyyətin formalaşması, zərərli vərdişlərlə mübarizə, insan kapitalının qorunması ilə yanaşı, fundamental elmlərin inkişafı, kosmik tədqiqatlar və gənc alimlərin böyük elmi mühitə inteqrasiyası dövlətimizin milli prioritetlərindəndir. Ərazi partiya təşkilatları həm peşəkar sahələrdə dövlət siyasətinə töhfə verməli, həm də gənclər arasında vətənpərvərlik və dövlətçilik ideallarını yorulmadan təbliğ etməlidirlər.
YAP Yasamal rayon təşkilatının sədri vurğulayıb ki, həm Bakı Şəhər Narkoloji Dispanserinin, həm də Şamaxı Astrofizika Rəsədxanasının ərazi partiya təşkilatları zəngin ictimai və elmi potensiala malikdirlər. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması istiqamətində hər iki təşkilatın partiya fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq davam etdirəcəkdir.
Müşavirələrdə çıxış edənlər AR Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzi PHŞ-nin direktoru Qalib Məmmədov, AMEA-nın müxbir üzvü, ərazi partiya təşkilatının sədri Namiq Cəlilov və Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov rəhbərlik etdikləri və təmsil olunduqları qurumlarda görülən işlər, ictimai-ideoloji fəaliyyət və YAP-ın VIII Qurultayının tarixi əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Çıxış edənlər vurğulayıblar ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyənin modernləşdirilməsi, zərərli vərdişlərə qarşı profilaktik mübarizənin gücləndirilməsi, eləcə də elmi tədqiqatların inkişafına göstərilən dövlət qayğısı kollektivləri daha şövqlə çalışmağa sövq edir. Onlar YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları fəaliyyət proqramı kimi qəbul edərək partiya ideyalarının təbliğində və dövlətçilik maraqlarının qorunmasında hər zaman ön sıralarda olacaqlarını bəyan ediblər.
Müşavirələrin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.















