GündəmSiyasət

YAP-ın VIII Qurultayının hədəfləri və təhsil qarşısında duran vəzifələr müzakirə edilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Cəmşid Naxçıvanski küçəsi, 160 ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə və ideoloji təhlükəsizliyin təmin olunmasında təhsilin roluna həsr olunmuş görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin həyata keçirilməsində partiya üzvlərinin məsuliyyətindən danışıb. O, milli dövlətçilik prinsiplərinin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və ideoloji təhlükəsizliyin gücləndirilməsində təhsil müəssisələrinin rolunu vurğulayıb.

242 nömrəli tam orta məktəbin direktoru Sevinc Bayramova çıxışında təhsilin qarşısında duran əsas hədəflərə toxunaraq, tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təlim metodlarının tətbiqi, şagirdlərin bilik və bacarıqlarının inkişafı, eləcə də onların milli-mənəvi dəyərlərə bağlı, savadlı və məsuliyyətli vətəndaşlar kimi yetişdirilməsinin vacibliyini qeyd edib. O, müəllimlərin gənc nəslin dünyagörüşünün formalaşmasında və zərərli informasiya təsirlərinə qarşı maarifləndirilməsində mühüm rol oynadığını bildirib.

Ərazi partiya təşkilatının sədr müavini Vahid Bayramov da çıxışında qurultaydan irəli gələn vəzifələrin yerinə yetirilməsi, partiya üzvlərinin fəallığının artırılması və maarifləndirmə işinin gücləndirilməsi məsələlərinə toxunub.

Görüşdə təhsilin inkişafı, ideoloji təhlükəsizliyin təmin olunması və milli-mənəvi dəyərlərin qorunması istiqamətində fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button