AnalitikaGündəmSiyasət

Füzuli uğrunda qələbə şəhidlərimizin xatirəsini yaşadır

Füzuli şəhərinin azad olunması Azərbaycan xalqının qəhrəmanlıq tarixində xüsusi yer tutur. Bu tarixi qələbə uğrunda minlərlə hərbçimiz fədakarlıq göstərib, şəhidlərimiz canlarını Vətən yolunda qurban veriblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfər xalqımızın azadlıq iradəsinin və ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəsinin nəticəsidir.

2020-ci il oktyabrın 17-də Füzulinin azad edilməsi Vətən müharibəsinin mühüm mərhələlərindən biri oldu. Şəhər uğrunda gedən ağır döyüşlərdə Azərbaycan əsgərləri böyük cəsarət nümayiş etdirdilər. Uzun illər ərzində möhkəmləndirilmiş müdafiə mövqelərinin yarılması hərbçilərimizin peşəkarlığını və Vətən sevgisini göstərdi.

Dövlətimiz şəhidlərin xatirəsinin yaşadılmasına, qazilərə diqqət və qayğının göstərilməsinə xüsusi önəm verir. Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi xalqımızın milli yaddaşının ayrılmaz hissəsidir. Onların fədakarlığı gələcək nəsillərə vətənpərvərlik, məsuliyyət və torpağa bağlılıq nümunəsi kimi ötürülür.

Füzulinin azad olunmasından sonra şəhərdə aparılan quruculuq işləri şəhidlərimizin uğrunda mübarizə apardığı torpaqlarda həyatın yenidən canlanmasına xidmət edir. Yeni yaşayış sahələri, yollar, məktəblər və sosial obyektlər qələbənin nəticələrini gündəlik həyatda nümayiş etdirir. Doğma torpaqlara qayıdan ailələr bu tarixi uğurun ən mühüm bəhrələrindən biridir.

Füzuli Şəhəri Günü həm sevinc, həm də dərin ehtiram günüdür. Bu tarixdə şəhidlərimizin əziz xatirəsi yad edilir, qazilərimizin fədakarlığına hörmət ifadə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq siyasəti onların qəhrəmanlığı ilə azad edilən torpaqlarda firavan həyatın qurulmasına yönəlib.

Könül Bəkirova,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button