
Təbiət insanlığın ortaq sərvəti, gələcək nəsillərəötürülməli olan ən qiymətli mirasdır. İqlimdəyişiklikləri, su ehtiyatlarının qorunması, ətrafmühitin çirklənməsi və təbii resurslardan səmərəliistifadə kimi məsələlər bu gün bütün dövlətlərinqarşısında duran mühüm vəzifələrdəndir. Buproblemlər ayrı-ayrı ölkələrin sərhədləri iləməhdudlaşmadığından onların həlli beynəlxalqəməkdaşlığı, ortaq məsuliyyəti və uzunmüddətlidüşüncəni tələb edir. Prezident İlham Əliyevin 15 oktyabr 2026-cı il tarixində AQEM-in VII ZirvəGörüşündə Azərbaycanın sədrliyi dövründə ətrafmühitin mühafizəsi sahəsində əməkdaşlığa diqqətyetirildiyini vurğulaması bu istiqamətin əhəmiyyətinibir daha ön plana çıxardı.
Ekoloji təhlükəsizliyin təmin edilməsi yalnız təbiətinmühafizəsi ilə bağlı məsələ deyil, həm də insanlarınsağlamlığının, sosial rifahının və iqtisadi inkişafınqorunması deməkdir. Su ehtiyatlarının azalması, torpaqların deqradasiyası və iqlim dəyişikliklərinintəsirləri kənd təsərrüfatından sənayeyə, ərzaqtəhlükəsizliyindən insanların gündəlik həyatına qədərbir çox sahəyə təsir göstərir. Buna görə də dövlətlərinekoloji problemlərə kompleks yanaşması, müasirtexnologiyalardan istifadə etməsi və ətraf mühitinqorunmasına yönəlmiş təşəbbüsləri dəstəkləməsimühüm əhəmiyyət daşıyır. Beynəlxalq təşkilatlar buistiqamətdə təcrübə mübadiləsinin aparılması, birgəproqramların hazırlanması və ekoloji məsuliyyətingücləndirilməsi üçün əlverişli platformalar yaradır.
Azərbaycanın dayanıqlı inkişaf yanaşmasında təbiisərvətlərdən səmərəli istifadə, ekoloji problemlərinhəlli və müasir infrastrukturun qurulması mühüm yertutur. Ölkəmiz enerji təhlükəsizliyi ilə yanaşı, ətrafmühitin qorunması və alternativ enerji imkanlarınıninkişafı istiqamətində də fəaliyyət göstərir. Buməsələlərə beynəlxalq əməkdaşlıq müstəvisindəyanaşılması dövlətlərin qarşılaşdıqları problemlərindaha səmərəli həllinə kömək edir. AQEM çərçivəsindəətraf mühitin mühafizəsinin əməkdaşlıqistiqamətlərindən biri kimi diqqətdə saxlanılması Asiyadövlətləri arasında bu sahədə əlaqələringenişləndirilməsi üçün əlavə imkanlar yaradır. Əsasməqsəd iqtisadi inkişafla ekoloji tarazlıq arasındadüzgün münasibətin formalaşdırılmasıdır.
Bakıda keçirilən Zirvə Görüşünün əhəmiyyəti ondanibarətdir ki, burada əməkdaşlıq məsələləri genişperspektivdən nəzərdən keçirilir və dövlətlərin ortaqmaraqlarına xidmət edən istiqamətlər ön plana çıxır. Ətraf mühitin qorunması da məhz belə ümumbəşəriməsələlərdən biridir. Prezident İlham Əliyevinçıxışında diqqət yetirilən əməkdaşlıq yanaşmasıgöstərir ki, davamlı inkişaf üçün siyasi dialoq, iqtisaditərəfdaşlıq və ekoloji məsuliyyət bir-birinitamamlamalıdır. Gələcək nəsillərə sağlam təbiət, təhlükəsiz yaşayış mühiti və inkişaf imkanları bəxşetmək hər bir dövlətin və hər bir insanın üzərinə düşənməsuliyyətdir. Bu məsuliyyətin beynəlxalq səviyyədəbölüşdürülməsi isə daha dayanıqlı gələcəyinqurulmasına xidmət edir.
Günel Vəliyeva,
YAP Xəzər Rayon Təşkilatının fəalı



