AnalitikaGündəmSiyasət

Milli-mənəvi dəyərlər, təhsil mədəniyyəti və sağlam məktəb mühitinin formalaşdırılması

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən, cəmiyyətin intellektual potensialını formalaşdıran və milli inkişafın davamlılığını təmin edən ən mühüm sahələrdən biridir. Müasir dövrdə təhsil müəssisələrinin qarşısında duran əsas vəzifə yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Eyni zamanda, gənc nəslin vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət, məsuliyyət, intizam, qarşılıqlı anlayış və sağlam həyat prinsipləri əsasında yetişdirilməsi də təhsil sisteminin başlıca istiqamətlərindəndir. Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblər mühüm ictimai və pedaqoji əhəmiyyət kəsb edir.

Məktəb cəmiyyətin kiçik modeli, uşaqların sosial münasibətləri öyrəndiyi, davranış qaydalarını mənimsədiyi və şəxsiyyət kimi formalaşdığı əsas mühitlərdən biridir. Burada yaradılan nizam-intizam, qarşılıqlı hörmət və bərabərlik prinsipləri şagirdlərin gələcək həyatına birbaşa təsir göstərir. Məktəbli geyimi də həmin mühitin formalaşmasında müəyyən rol oynayan amillərdəndir. Geyimə dair tələblər təhsil müəssisəsində vahid yanaşmanın təmin edilməsinə, məktəb ənənələrinin qorunmasına və təhsil prosesinin daha nizamlı təşkilinə xidmət edir.

Cavani Babayev,
YAP Şabran rayon təşkilatının sədr müavini 

Oxşar Xəbərlər

Back to top button