GündəmQarabağ və Şərqi ZəngəzurSosial
Vətən müharibəsinin şəhidi Məmmədov Murad Elşən oğlunun əziz xatirəsi yad olunub

Vətən müharibəsinin şəhidi Məmmədov Murad Elşən oğlunun anım günündə əziz xatirəsi yad olunub. Bununla əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev, RİHBA-nın əməkdaşları, 272 saylı tam orta məktəbin rəhbərliyi, kollektivi və ictimaiyyət nümayəndələri şəhidin Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.



