
Vahid məktəbli forması ilə bağlı müəyyən edilmiş qaydalara riayət etmək şagirdlərin məktəb həyatının mühüm hissəsidir. Ümumi təhsil müəssisələrində geyim tələbləri müvafiq qaydalara əsasən tətbiq edilir və şagirdlərdən həmin tələblərə əməl etmələri gözlənilir.
Şagirdlər dərsə gələrkən məktəbdə müəyyən edilmiş geyim formasından istifadə etməlidirlər. Geyim qaydaları ilə bağlı tələblər təhsil müəssisəsi tərəfindən əvvəlcədən açıqlanmalı, şagirdlərin bu tələbləri düzgün başa düşməsi təmin edilməlidir.
Geyim qaydalarının pozulması hallarında məktəb rəhbərliyi mövcud daxili qaydalar və qanunvericilik çərçivəsində hərəkət etməlidir. Hər hansı məsələnin həlli zamanı şagirdin hüquqları nəzərə alınmalı, qanunvericilikdə nəzərdə tutulmayan cəzaların tətbiqinə yol verilməməlidir.
Şagirdlərin vahid məktəbli formasına riayət etməsi məktəbdə müəyyən edilmiş ümumi qaydaların qorunmasına xidmət edir. Bu baxımdan həm məktəb rəhbərliyinin maarifləndirmə işi aparması, həm də valideynlərin övladlarına müvafiq tələbləri izah etməsi əhəmiyyətlidir.
Elçin Əliyev,
YAP Nizami rayon təşkilatının fəalı


