
Şagirdlər təhsil aldıqları məktəbdə müəyyən edilmiş geyim formasına riayət etməlidirlər. Məktəbli formasının rəngi, görnüşü və digər xüsusiyyətləri müvafiq qaydalara əsasən müəyyənləşdirilir. Geyim tələbləri şagirdlərə və onların valideynlərinə əvvəlcədən bildirilməli, tətbiq edilən qaydalar aydın şəkildə izah olunmalıdır.
Məktəb rəhbərliyi geyim qaydalarına əməl olunmasına nəzarət edir. Bu nəzarət zamanı şagirdlərin hüquqları qorunmalı, qaydaların tətbiqində ayrı-seçkiliyə yol verilməməlidir. Hər bir şagirdə münasibətdə eyni prinsiplərin əsas götürülməsi məktəbdə müəyyən edilmiş nizamın qorunmasına xidmət edir.
Vahid məktəbli formasına dair tələblərin düzgün tətbiqi üçün məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər arasında əməkdaşlıq vacibdir. Qaydaların hamı tərəfindən bilinməsi və onlara riayət edilməsi təhsil müəssisəsində vahid geyim prinsipinin təmin olunmasına kömək edir.
Elnur Rüstəmov,
YAP Nizami rayon təşkilatının fəalı


