AnalitikaGündəmSiyasət

Azərbaycan–Laos münasibətlərində yeni inkişaf mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin13 oktyabr 2026-cı il tarixində Laos Xalq DemokratikRespublikasının Prezidenti Thonqlun SisulitinAzərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyibəyanat ölkəmizin xarici siyasətinin mühümistiqamətlərini özündə əks etdirən əlamətdar hadisədir. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycan iləLaos arasında uzun illər ərzində formalaşmış dostluqmünasibətlərinin daha da möhkəmləndirilməsinə, yeniəməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə vəqarşılıqlı maraqların genişləndirilməsinə xidmət edir. Bu səfər iki dövlət arasında siyasi dialoqun inkişafı iləyanaşı, iqtisadi və humanitar əlaqələrin daha yüksəksəviyyəyə çatdırılması üçün də əlverişli imkanlaryaradır. Prezident İlham Əliyevin qonağa göstərdiyisəmimi münasibət və əməkdaşlığın gələcəyinə dairifadə etdiyi fikirlər Azərbaycanın beynəlxalqmünasibətlərdə qarşılıqlı hörmətə və etimada əsaslanansiyasətinin bariz nümunəsidir.

Azərbaycan ilə Laos arasında diplomatikmünasibətlərin otuz ildən artıq tarixə malik olması ikiölkənin əməkdaşlıq ənənələrinin möhkəm təməlüzərində qurulduğunu göstərir. Bu müddət ərzindədövlətlər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsindəqarşılıqlı dəstək nümayiş etdirib, siyasi münasibətlərininkişafı üçün mühüm addımlar atıblar. Prezident İlhamƏliyevin bəyanatında siyasi əlaqələrin uğurluinkişafından məmnunluq ifadə etməsi, eyni zamanda, iqtisadi sahədə daha böyük nəticələrin əldə olunmasınaçağırış etməsi gələcək fəaliyyətin istiqamətlərinimüəyyənləşdirir. Dövlətlər arasında münasibətləringücü yalnız keçirilən görüşlərlə deyil, həmin görüşlərinnəticəsində yaranan konkret əməkdaşlıq imkanları iləölçülür. Məhz buna görə də bu rəsmi səfərAzərbaycan–Laos münasibətlərinin yeni məzmunqazanması baxımından xüsusi əhəmiyyət daşıyır.

İki ölkə arasında qəbul edilən Birgə Bəyanat gələcəkəməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirənmühüm sənəd kimi diqqət çəkir. İqtisadiyyat, ticarət, investisiya, kənd təsərrüfatı, energetika, nəqliyyat vətəhsil sahələrində əlaqələrin genişləndirilməsi hər ikidövlət üçün yeni imkanlar aça bilər. Prezident İlhamƏliyevin biznes forumunun keçirilməsinə vəAzərbaycan investorları üçün konkret layihələrintəqdim edilməsinə verdiyi önəm siyasi münasibətləriniqtisadi nəticələrlə zənginləşdirilməsinə xidmət edir. Qarşılıqlı faydaya əsaslanan layihələrin həyatakeçirilməsi sahibkarlar arasında əlaqələri gücləndirə, yeni bazarlara çıxış imkanlarını genişləndirə və iqtisadiəməkdaşlığın davamlı inkişafına töhfə verə bilər.

Prezident İlham Əliyevin bəyanatı bir daha göstərdi ki, Azərbaycan dost dövlətlərlə münasibətlərin inkişafınaardıcıl və uzaqgörən yanaşır. Laosla əlaqələrinmöhkəmləndirilməsi ölkəmizin beynəlxalq tərəfdaşlıqsiyasətinin mühüm istiqamətlərindən biridir. Qarşılıqlısəfərlər, imzalanan sənədlər və aparılan müzakirələrgələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Əsasvəzifə əldə olunan razılaşmaların həyata keçirilməsi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi vəxalqlar arasında qarşılıqlı tanışlığın artırılmasıdır. Əminliklə demək olar ki, bu səfər Azərbaycan ilə Laosarasında dostluğun daha da möhkəmlənməsinə və yeniəməkdaşlıq imkanlarının reallaşmasına xidmətedəcəkdir.

Elvin Məmmədov ,
YAP
Xəzər rayon
təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button