
Azərbaycanın iqtisadi inkişaf strategiyası beynəlxalqbazarlara çıxışın genişləndirilməsini, xariciinvestisiyaların cəlb olunmasını və yerli sahibkarlarınfəaliyyət imkanlarının artırılmasını nəzərdə tutur. Prezident İlham Əliyevin Kambocanın Baş naziri HunManetin Azərbaycana səfəri zamanı mətbuata verdiyibəyanatda ticarət və sərmayə qoyuluşu məsələlərinəxüsusi diqqət ayırması bu istiqamətdə əməkdaşlığınəhəmiyyətini bir daha ön plana çıxarıb. İki ölkəarasında iqtisadi münasibətlərin mövcud potensialdandaha səmərəli istifadə etməklə inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaimkanlarının araşdırılması əsas məsələlər sırasında yeralıb.
Bu məqsədlə ticarət və investisiya əməkdaşlığınınpraktiki məsələləri ilə məşğul olacaq birgə işçiqrupunun yaradılması mühüm addım kimiqiymətləndirilə bilər. Belə bir mexanizm iqtisadiəlaqələrin inkişafına mane olan məsələlərinaraşdırılmasına, perspektivli sahələrinmüəyyənləşdirilməsinə və konkret təkliflərinhazırlanmasına imkan verir. Bundan əlavə, Azərbaycansahibkarlarından ibarət nümayəndə heyətininKambocaya səfərinin nəzərdə tutulması biznesdairələri arasında birbaşa əlaqələrin qurulmasınaxidmət edir. Sahibkarların qarşılıqlı bazar imkanlarınıöyrənməsi, tərəfdaşlıq təkliflərini müzakirə etməsi vəbirgə layihələr üzərində işləməsi iqtisadi əməkdaşlığınreal nəticələrlə zənginləşməsinə şərait yarada bilər.
Azərbaycan ilə Kamboca arasında iqtisadi əlaqələringenişləndirilməsi hər iki ölkənin sahibkarları üçün yeniüfüqlər açmaq potensialına malikdir. Bu əməkdaşlıqtəkcə ticarət göstəricilərinin yüksəlməsi iləməhdudlaşmır, eyni zamanda, istehsal sahəsindətərəfdaşlığın, yeni texnologiyaların tətbiqinin və biznestəcrübəsinin mübadiləsinin inkişafına da təkan verəbilər. Prezident İlham Əliyevin bəyanatında ifadəolunan yanaşma göstərir ki, siyasi münasibətlərinmöhkəm təməli iqtisadi tərəfdaşlığın genişləndirilməsiüçün mühüm üstünlükdür. Qarşılıqlı maraqlaraəsaslanan təşəbbüslərin ardıcıl həyata keçirilməsiAzərbaycan-Kamboca əlaqələrinin gələcək inkişafınavə iqtisadi imkanların daha dolğun reallaşdırılmasınaxidmət edəcəkdir.



