AnalitikaGündəmSiyasət

Təhsilimizin əsasında nizam-intizam və məsuliyyət dayanır

Dövlət ümumi təhsil müəssisələrindətəhsilalanların və təhsilverənlərin geyimi məktəbmədəniyyətinin, nizam-intizamın və peşəetikasının mühüm göstəricilərindən biridir. Geyimhəm də təhsil mühitinə münasibəti, məsuliyyəthissini və ümumi davranış mədəniyyətini ifadəedən amildir. Bu baxımdan, məktəblərdə geyimqaydalarına əməl olunması sağlam, təhlükəsiz, nizamlı və qarşılıqlı hörmətə əsaslanan təhsilmühitinin formalaşdırılmasında xüsusi əhəmiyyətdaşıyır.

Məktəbli geyimi təhsilalanlar arasında vahidlikvə bərabərlik hissinin gücləndirilməsinə, diqqətinzahiri fərqlərdən təlim-tərbiyə prosesinəyönəldilməsinə xidmət edir. Səliqəli və məktəbqaydalarına uyğun geyim şagirdlərdə məsuliyyət, özünənəzarət və kollektivə mənsubiyyət hissiniinkişaf etdirir. Eyni zamanda, geyim qaydalarınariayət etmək uşaqlara ictimai normalara hörmətləyanaşmağı, üzərlərinə düşən vəzifələri dərk etməyivə gündəlik həyatlarında intizamlı olmağı öyrədir.

Təhsilalanların geyimi təmiz, səliqəli, rahat vəmüəyyən edilmiş tələblərə uyğun olmalıdır. Geyimseçilərkən şagirdlərin yaş xüsusiyyətləri, sağlamlığı, təhlükəsizliyi və mövsümi şərait nəzərəalınmalıdır. Məktəbli formasına dair tələblərqanunvericiliyə və müvafiq qaydalara uyğun tətbiqedilməli, onların mahiyyəti şagirdlərə vəvalideynlərə aydın şəkildə izah olunmalıdır. Bu prosesdə əsas məqsəd yalnız qaydalara formal riayət olunmasına nail olmaq deyil, şagirdlərdəməktəb mədəniyyətinə şüurlu münasibətformalaşdırmaqdır.

Təhsilverənlərin geyimi də məktəbin ümuminüfuzuna və pedaqoji mühitin keyfiyyətinə təsirgöstərən amillərdəndir. Müəllim şagirdlər üçünbilik mənbəyi olmaqla yanaşı, davranışı, ünsiyyətmədəniyyəti və şəxsi nümunəsi ilə də tərbiyəvitəsir göstərir. Buna görə də təhsilverənlərin geyimisəliqəli, təmiz, işgüzar mühitə və pedaqojifəaliyyətin xüsusiyyətlərinə uyğun olmalıdır. Peşəkar görünüş müəllimin nüfuzunu tamamlayan, onun məsuliyyətini və təhsil prosesinə hörmətiniifadə edən xüsusiyyətlərdən biridir.

Geyim qaydalarının tətbiqində məktəbrəhbərliyinin, müəllimlərin, valideynlərin vətəhsilalanların üzərinə mühüm vəzifələr düşür. Məktəb rəhbərliyi qaydaların düzgün izahını vəardıcıl tətbiqini təmin etməli, müəllimlər şagirdlərəşəxsi nümunə göstərməli, valideynlər isəövladlarının məktəbli geyiminə diqqətləyanaşmalıdırlar. Şagirdlər də məktəbin daxilinizam-intizam qaydalarına əməl etməyin ümumitəhsil mühitinə hörmətin ifadəsi olduğunu dərketməlidirlər.

Məktəb geyimi ilə bağlı tələblərə əməl etməkhər bir təhsil iştirakçısının ortaq məsuliyyətidir. Gəlin, məktəbli geyiminə sadəcə gündəlik geyimkimi deyil, təhsilə hörmətin, intizamın və vahidməktəb dəyərlərinin ifadəsi kimi yanaşaq. Şagirdləri qaydalara əməl etməyə təşviq edək, müəllimlərimizlə nümunə göstərək, valideynlərimizlə əməkdaşlığı gücləndirək. Hərbirimiz məktəb mədəniyyətinin qorunmasına öztöhfəmizi verək.

Eyni zamanda, təhsil mühitində mövcud olanməsələlərdən sui-istifadə edərək cəmiyyətdənarazılıq yaratmağa, ictimai sabitliyə xələlgətirməyə və təhsil sisteminə olan etimadızəiflətməyə çalışan hər hansı qüvvələrin mümküntəxribat cəhdlərinə qarşı diqqətli və prinsipialmövqe nümayiş etdirilməlidir. Təhsilimizinnüfuzunun qorunması, məktəblərimizdə sağlammənəvi-psixoloji mühitin təmin olunması vəmüəyyən edilmiş qaydaların düzgün tətbiqi hərbirimizin ortaq məsuliyyətidir. Bu məsələdəməktəb rəhbərliyi, müəllimlər, valideynlər vəictimaiyyət həmrəylik göstərməli, emosiyalara vəəsassız məlumatlara deyil, qanunvericiliyə, sağlamdüşüncəyə və qarşılıqlı hörmətə əsaslanmalıdırlar. Təhsilimizin hədəfə çevrilməsinə, məktəblərdəsüni qarşıdurma yaradılmasına və mövcudməsələlərdən təxribat məqsədilə istifadəedilməsinə yol verilməməlidir. Unutmayaq ki, təhsilimizin qorunması, milli birliyimizinmöhkəmləndirilməsi və gələcəyimizin etibarlıtəminatı hamımızın birgə məsuliyyətidir.

​Bəxtiyar Nəbiyev,
YAP Yasamal rayon təşkilatının sədri

 

Oxşar Xəbərlər

Back to top button