AnalitikaGündəmSiyasət

Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyində müşavirə keçirilib

8 oktyabr 2026-cı il tarixində Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (S. Vurğun küçəsi 112) akt zalında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə 26 nəfər iştirak edib.

YAP Nəsimi rayon təşkilatının əməkdaşı Anar Vəliyev çıxış edərək VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu vurğulayıb. O, Partiya Sədrinin nitqində qarşıya qoyulan əsas vəzifələrdən danışıb. Bunlar sırasında hərbi gücün artırılmasını, ideoloji təhlükəsizliyin təmin olunmasını, müstəqil xarici siyasətin davam etdirilməsini, iqtisadi sabitliyin qorunmasını və «Böyük Qayıdış»ın sürətləndirilməsini qeyd edib. Anar Vəliyev ideoloji işin formal yanaşmalardan uzaq, müasir formatda qurulmasının və ölkəmizdə gedən quruculuq işlərinin hər bir vətəndaşa çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Nizami Mayılov çıxışında dövlət başçısının qurultayda səsləndirdiyi sosial-iqtisadi istiqamətlərin əhəmiyyətindən bəhs edib. Gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması barədə qərarın kollektiv tərəfindən minnətdarlıqla qarşılandığını bildirib. O, kommunal xidmət sahəsində çalışan əməkdaşların vətəndaşlara keyfiyyətli və operativ xidmət göstərməklə dövlət siyasətinin həyata keçirilməsinə öz töhfələrini verdiklərini qeyd edib. Kollektivin Partiya Sədrinin müəyyən etdiyi vəzifələrin icrasında fəal iştirak edəcəyini vurğulayıb.

Müşavirənin sonunda iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi strateji vəzifələrə dəstək verdiklərini və bu vəzifələrin icrasında fəal olacaqlarını bildiriblər

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button