AnalitikaGündəmSiyasət

Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü

Türkmənbaşı şəhərində keçirilən AzərbaycanRespublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü ölkəmizin region dövlətləri iləmünasibətlərində yeni səhifənin açıldığını nümayişetdirdi. Prezident İlham Əliyevin çıxışı AzərbaycanınMərkəzi Asiya ilə getdikcə daha sıx birləşən siyasi vəiqtisadi əlaqələrinin aydın mənzərəsini yaratdı. Bumünasibətlər yalnız diplomatik müstəvidə deyil, xalqlarımızı bir-birinə bağlayan tarixi, mədəni vəmənəvi yaxınlıq üzərində də möhkəmlənir.

  Azərbaycanın bu əməkdaşlıq formatında tamhüquqluüzv kimi iştirak etməsi ölkəmizin regiondakı artanrolunun mühüm göstəricisidir. Prezident İlhamƏliyevin qeyd etdiyi kimi, son illərdə AzərbaycanlaMərkəzi Asiya ölkələri arasında yüksək səviyyəliqarşılıqlı səfərlər intensivləşib, iqtisadi-ticari əlaqələrgenişlənib, investisiya imkanları artıb. Bu gün Xəzərinsahillərindən Mərkəzi Asiyanın geniş coğrafiyasınauzanan əməkdaşlıq xətti artıq konkret layihələr vəqarşılıqlı maraqlar üzərində qurulur.

  Bu mənzərədə Azərbaycanı Mərkəzi Asiya iləbirləşdirən Xəzər dənizi sanki iki coğrafiyanı deyil, ortaq gələcəyə doğru irəliləyən dost ölkələri birləşdirənkörpüyə çevrilir. Nəqliyyat dəhlizləriningenişləndirilməsi, investisiyaların artırılması, birgəistehsal müəssisələrinin yaradılması və yeni bazarlaraçıxış imkanlarının gücləndirilməsi qarşıdakı dövrdəəməkdaşlığın daha da dərinləşəcəyindən xəbər verir. Azərbaycanın təşəbbüsləri regionda iqtisaditərəfdaşlığın yeni və daha möhkəm dayaqlar üzərindəqurulmasına xidmət edir.

Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button