AnalitikaGündəmSiyasət

Müstəqil siyasət böyük qayıdış

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizinvə bütövlükdə Cənubi Qafqazın ictimai-siyasihəyatında tarixi keyfiyyət dəyişikliyini təcəssümetdirən mühüm mərhələyə çevrildi. AzərbaycanRespublikasının Prezidenti, YAP-ın Sədri cənab İlhamƏliyevin qurultaydakı dərin məzmunlu və proqramxarakterli çıxışı təkcə ötən dövrün yekunlarına baxışdeyil, eyni zamanda müasir geosiyasi reallıqlarşəraitində Azərbaycan dövlətçiliyinin gələcək inkişafmodelini müəyyən edən konseptual strategiyadır.

Ölkə rəhbərinin xüsusi vurğuladığı kimi, bu qurultayAzərbaycanın öz ərazi bütövlüyünü və suverenliyinitam bərpa etməsindən sonra keçirilən ilk qurultayolaraq müstəsna rəmzi və əməli əhəmiyyət kəsb edir. 2020-ci ilin şanlı 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 20 sentyabr antiterror əməliyyatı nəticəsindəseparatizmə son qoyulması, dövlət suverenliyimizinhər bir qarış torpağımızda bərqərar edilməsi təkcə millitariximizin deyil, beynəlxalq münasibətlər sisteminində yeni presedentini yaratdı. Azərbaycan böyükgüclərin müqavimətinə, Minsk qrupunun münaqişənidondurmaq cəhdlərinə və xaricdən gələn təzyiqlərəbaxmayaraq, öz gücü və siyasi iradəsi ilə tarixi ədalətibərpa etdi.

Prezident İlham Əliyev öz çıxışında Zəfərə gedənyolun təməlinin məhz Ulu Öndər Heydər Əliyevinrəhbərliyi ilə 1992-ci ilin noyabrında YAP-ın təsisolunması ilə qoyulduğunu faktlarla diqqətə çatdırdı. AXC-Müsavat cütlüyünün naşı, məsuliyyətsiz vəidarəolunmaz fəaliyyəti nəticəsində ölkənin vətəndaşmüharibəsi və torpaq itkisi fəlakəti ilə üz-üzə qaldığıbir vaxtda, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanHeydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi. Ulu Öndərin müəyyənləşdirdiyi milli dövlətçilikstrategiyası, beynəlxalq təcriddən çıxış, “Əsrinkontraktı” ilə iqtisadi müstəqilliyin təməlininqoyulması bu gün qazanılan böyük qələbələrin anaxəttini təşkil edir. İllər keçsə də, taktikalar dəyişsə də, bu ana xətt — müstəqillik, güclü hərbi potensial vəmilli maraqlara söykənən siyasət dəyişməz olaraqqalır.

Bu gün Azərbaycan münaqişəni geridə qoymuş, sərhədlərində sabitlik yaratmış və Ermənistanla sülhgündəliyini irəli aparan tərəfdir. Lakin dövlətbaşçısının da qeyd etdiyi kimi, dünyada beynəlxalqhüququn işləmədiyi, ətrafımızda müharibə ocaqlarınınalovlandığı bir şəraitdə hərbi gücün artırılması yenə dəbirincidərəcəli vəzifə olaraq qalır. Gələn ilin dövlətbüdcəsində hərbi və təhlükəsizlik xərclərinə təxminən9 milyard manat vəsaitin ayrılması dövlətimizinistənilən təxribata cavab verməyə hər an hazır olmaqəzmini göstərir.

Hərbi təhlükəsizliklə yanaşı, ideoloji təhlükəsizlik dəhəyati əhəmiyyət kəsb edir. İnternet, kiberhücumlar vəsüni intellekt əsrində xaricdən idarə olunanazərbaycandilli resurslar vasitəsilə cəmiyyətimizə, xüsusilə gənclərimizə qarşı yönəlmiş ideolojitəxribatların qarşısı savadlı təhsil, yüksəkvətənpərvərlik və mütərəqqi ideoloji işlə alınmalıdır. YAP fəalları bu müstəvidə ön cəbhədə dayanmalı, şablonlardan uzaqlaşaraq həqiqətləri müasir dilləcəmiyyətə çatdırmalıdırlar.

Azərbaycan bu gün heç bir hərbi-siyasi blokaqoşulmadan, tam müstəqil xarici siyasət yürüdən ortagüc dövlətidir. BMT-dən sonra ikinci ən böyük təsisatolan Qoşulmama Hərəkatına uğurlu rəhbərlik, MərkəziAsiya Məşvərət Görüşlərinə tamhüquqlu üzvlük, D-8 təşkilatına daxil olma və İslam Həmrəyliyindəoynanılan birləşdirici rol ölkəmizin beynəlxalqnüfuzunun bariz göstəricisidir. Eyni zamanda, dünyanın iki supergücü — Çin və ABŞ ilə stratejitərəfdaşlıq sənədlərinin imzalanması Azərbaycanınetibarlı və ləyaqətli tərəfdaş kimi qəbul edildiyinitəsdiqləyir.

İqtisadi müstəqillik isə siyasi müstəqilliyimizin əsasdayağıdır. Valyuta ehtiyatlarımızın 90 milyard dollaraçatması, xarici borcun ÜDM-in cəmi 5,6 faizini təşkiletməsi, keçirilən investisiya forumlarında milyardlarladollarlıq müqavilələrin imzalanması ölkəmizin maliyyədayanıqlığını nümayiş etdirir. Azərbaycan nəinki özdaxili ehtiyatlarını qoruyur, həm də gələcək nəsillərəborc yükü qoymur.

Müasir dünyada yaşanan enerji böhranı fonundaAzərbaycan bütün növ enerji resurslarını hasil və ixracedən nadir ölkələrdəndir. “Yaşıl keçid” müzakirələrifonunda ənənəvi enerji daşıyıcılarına olan tələbatölkəmizin geosiyasi çəkisini daha da artırır. Nəqliyyat-logistika sahəsində Orta Dəhliz və Şimal-Cənubdəhlizləri üzrə tranzit yüklərin həcminin 30 milyontona çatdırılması hədəfi Azərbaycanı qlobal ticarətinəvəzsiz qovşağına çevirir.

Bütün bu iqtisadi və siyasi uğurların məntiqi nəticəsikimi, işğaldan azad olunmuş torpaqlarımızda həyatakeçirilən “Böyük Qayıdış” proqramı sürətlə davamedir. Qarabağ və Şərqi Zəngəzurda artıq 96 mininsanın yaşaması, təhsil alması və çalışması, 28 milyard manatdan çox vəsaitin bərpa işlərinəyönəldilməsi dövlətimizin böyük quruculuq qüdrətinintəzahürüdür.

YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevtərəfindən bəyan edilən prioritetlər bir daha göstərdi ki, Azərbaycan öz tarixi zəfərlərini möhkəmləndirərək, sarsılmaz xalq-iqtidar birliyi və aydın strateji baxışlayeni zirvələrə doğru inamla irəliləyir.

Nurəngiz Kərimova ,
Bakı Slavyan Universiteti, regionşünaslıq kafedrasının müəllimi

 

Oxşar Xəbərlər

Back to top button