
Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının Sədri İlham Əliyevin YeniAzərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkəmizinkeçdiyi tarixi yolun, əldə olunan nailiyyətlərin və qarşıdaduran mühüm vəzifələrin geniş təhlili baxımındanəhəmiyyət daşıyır.
Dövlət başçısı çıxışında Yeni Azərbaycan Partiyasınınölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edərəkpartiyanın fəaliyyətinin Azərbaycan dövlətçiliyininmöhkəmləndirilməsi ilə sıx bağlı olduğunu vurğulayıb. Qeyd olunub ki, bu qurultay Azərbaycanın ərazibütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonrakeçirilən ilk qurultay olması ilə xüsusi əhəmiyyət daşıyır.
Çıxışda Azərbaycanın əldə etdiyi tarixi Zəfərlərinəhəmiyyəti xüsusi qeyd edilib. 8 Noyabr – Zəfər Günü və20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanınmüasir tarixinin mühüm səhifələri kimi dəyərləndirilib. Bildirilib ki, 2020-ci il Vətən müharibəsində qazanılanQələbə və 2023-cü ilin sentyabrında həyata keçiriləntədbirlər nəticəsində Azərbaycanın ərazi bütövlüyü vəsuverenliyi tam bərpa olunub.
Prezident İlham Əliyev Azərbaycanın bu nəticələrəgedən yolunun asan olmadığını diqqətə çatdırıb. Ölkəmizin uzun illər ərzində müxtəlif siyasi təzyiqlərlə, beynəlxalq müstəvidə aparılan kampaniyalarlaüzləşməsinə baxmayaraq, dövlətin qətiyyətli siyasəti vəxalqın həmrəyliyi qarşıya qoyulan məqsədlərin həyatakeçirilməsinə imkan verib.
Çıxışın mühüm məqamlarından biri də Ulu ÖndərHeydər Əliyevin siyasi irsinin və Yeni AzərbaycanPartiyasının yaradılmasının Azərbaycanın sonrakıinkişafındakı rolunun vurğulanmasıdır. 1992-ci ildə YeniAzərbaycan Partiyasının təsis qurultayının keçirilməsiölkənin mürəkkəb ictimai-siyasi vəziyyətində mühümhadisə kimi təqdim olunub. Heydər Əliyevin siyasihakimiyyətə qayıdışından sonra dövlətçiliyinmöhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsiistiqamətində mühüm addımlar atıldığı qeyd edilib.
Ulu Öndərin siyasi xəttinin əsasını təşkil edənmüstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbipotensial kimi prinsiplərin bu gün də dövlət siyasətindəmühüm yer tutduğu vurğulanıb. Azərbaycanın sononilliklər ərzində iqtisadi və siyasi imkanlarını artırması, beynəlxalq münasibətlər sistemində öz mövqeyinimöhkəmləndirməsi ölkənin inkişaf yolunun mühümnəticələri sırasında qeyd olunub.
Çıxışda Azərbaycanın ərazi bütövlüyünün vəsuverenliyinin bərpasının qarşıya qoyulan əsasməqsədlərdən biri olduğu bildirilib. Bu məqsədin həyatakeçirilməsi dövlətin uzunmüddətli və ardıcıl siyasətininnəticəsi kimi təqdim olunub. Qarabağ və ŞərqiZəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa vəquruculuq işləri də ölkənin gələcək inkişafının mühümistiqamətlərindən biri kimi diqqətə çatdırılıb.
Prezident İlham Əliyev qarşıda duran vəzifələrdəndanışarkən Azərbaycanın hərbi gücünün daimartırılmasının vacibliyini qeyd edib. Dünyada gedənproseslər, müxtəlif regionlarda davam edən münaqişələrfonunda dövlətin təhlükəsizliyinin və müdafiə qabiliyyətinintəmin olunmasının mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Çıxışda ideoloji təhlükəsizlik məsələsinə də xüsusidiqqət ayrılıb. Müasir informasiya texnologiyalarının, internetin və süni intellektin geniş yayıldığı dövrdəcəmiyyətin informasiya təsirlərindən qorunmasınınəhəmiyyəti qeyd edilib. Bu baxımdan təhsilin, savadlılığınvə vətənpərvərlik tərbiyəsinin xüsusi rolu vurğulanıb.
Azərbaycanın gələcək inkişafının mühüm şərtlərindənbiri kimi müstəqil xarici siyasət kursunun davam etdirilməsidə çıxışda ön plana çəkilib. Dövlətin milli maraqlaraəsaslanan xarici siyasət həyata keçirməsinin vəAzərbaycanın müstəqil qərarlar qəbul etmək imkanlarınıqorumasının vacibliyi diqqətə çatdırılıb.
Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın keçdiyimürəkkəb və şərəfli inkişaf yoluna nəzər salmaqla yanaşı, qarşıdakı dövrün əsas prioritetlərini də müəyyənləşdirir. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası ilə yenitarixi mərhələyə qədəm qoyan Azərbaycan qarşısındadayanan əsas məqsədlər sırasında dövlət təhlükəsizliyininmöhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, insan kapitalınıninkişafı və milli-mənəvi dəyərlərin qorunması xüsusi yertutur.
Azərbaycanın müasir tarixində əldə olunan nailiyyətlərdövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin vəxalq-dövlət birliyinin möhkəmləndirilməsi baxımındanmühüm əhəmiyyət daşıyır. Qarşıdakı mərhələdə də buamillər ölkənin inkişaf və tərəqqi yolunun əsasdayaqlarından biri olaraq qalır.
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktöru



