
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qəbul olunmuş qərarlar partiyanın hüquqi-təşkilati bazasının yenilənməsi və idarəetmə strukturunun müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından mühüm dönüş nöqtəsidir. 2026-cı il oktyabrın 2-də Heydər Əliyev Mərkəzində baş tutan ali təşkilati forumda Nizamnaməyə daxil edilən konseptual dəyişikliklər partiyadaxili demokratiya ənənələrinin dərinləşməsinə və şaquli idarəetmə mexanizmlərinin optimallaşdırılmasına xidmət edir.
Qurultay çərçivəsində təşkilatın mərkəzi aparatının və yerli strukturlarının fəaliyyətini tənzimləyən hüquqi normativlərin təkmilləşdirilməsi qərarların qəbulu prosesində operativliyi təmin edir. Şəffaflıq, hesabatlılıq və kolllegiallıq prinsiplərinin hüquqi müstəvidə daha da möhkəmləndirilməsi partiya daxilində sağlam idarəetmə mühitini şərtləndirir. Nizamnamə reforması YAP-ın siyasi sistemdəki institusional dayanıqlılığını artıran əsas alətdir.
Təftiş Komissiyasının səlahiyyətlərinin genişləndirilməsi və 13 nəfərdən ibarət yeni tərkibinin səsə qoyularaq təsdiq edilməsi maliyyə-intizam nəzarətinin keyfiyyətcə yüksəldilməsinə hesablanmışdır. Komissiyanın müntəzəm monitorinq aparmaq və resursların idarə olunmasına dair müstəqil rəy vermək hüquqları partiya daxilində intizamın qorunmasına zəmin yaradır. Bu addım təşkilatın reputasiya kapitalının qorunması baxımından xüsusi çəkiyə malikdir.
Yeni seçilmiş 40 nəfərlik İdarə Heyətinin funksional bölgüsü və kollegial qərarqəbuletmə selahiyyətləri partiyanın analitik-strateji imkanlarını maksimum səviyyəyə qaldırır. Rəhbər organların yenilənmiş tərkibi mərkəzi siyasətin yerli təşkilatlar səviyyəsində operativ şəkildə transformasiya olunmasını təmin edəcəkdir. Bu cür çevik idarəetmə modeli müasir siyasi partiyaların fəaliyyət standartlarına tam cavab verir.
YAP VIII Qurultayında reallaşan hüquqi-təşkilati islahatlar partiyanın gələcək fəaliyyətinin möhkəm institusional bünövrəsini təşkil edir. Təşkilatın hüquqi mexanizmlərinin təkmilləşdirilməsi onun cəmiyyətdəki avanqard rolunu saxlamağa və yeni dövrün siyasi vəzifələrini uğurla icra etməyə imkan verir. YAP öz idarəetmə modelini zamanın tələblərinə uyğun olaraq inamla modernləşdirir.
Elnarə Hümmətova,
YAP Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 43a” ərazi partiya təşkilatının sədr müavini



