AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyası–Dünənimiz, Bu Günümüz, Sabahımız

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizinictimai-siyasi həyatında növbəti böyük tarixi mərhələninbaşlangıcını qoydu.Belə ki, Azərbaycan RespublikasınınPrezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlhamƏliyevin qurultaydakı proqram xarakterli geniş çıxışı yalnızpartiyamızın gələcək fəaliyyət istiqamətlərini müəyyənetmədi, eyni zamanda müasir Azərbaycan dövlətimizinkeçdiyi şərəfli yolu, qazandığı tarixi zəfərləri və gələcəyəyönəlmiş strateji və güclü siyasətcil baxışını bir daha bütündünyaya nümayiş etdirdi.

​​Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarıüzərində qurulan Yeni Azərbaycan Partiyası yarandığıgündən etibarən həm dövlətçiliyimizin xilası, sabitliyinbərqərar olması və həmdə respublikamızın hərtərəfliinkişafında aparıcı qüvvə rolunu oynayıb.Bu gün MüzəffərAli Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altındaYeni Azərbaycan Partiyası yalnız ölkəmizin deyil, bununlayanaşı regionun ən böyük və mütəşəkkil siyasi qüvvəsi kimiöz liderlik missiyasını uğurla və əzmlə davam etdirir.

​​Cənab Prezidentimizin qurultaydakı nitqində xüsusivurğuladığı kimi, Azərbaycanın son illərdə qazandığı ənböyük tarixi nailiyyətlərdən biri olan ərazi bütövlüyümüzünvə suverenliyimizin tam bərpa olunmasıdır. 30 ilə yaxındavam edən işğala son qoyulması, 44 günlük Vətənmüharibəsində qazanılan möhtəşəm qələbə və ardıncahəyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milliqürurunu bərpa etdi. Dövlət Başçımızın dəmir iradəsi, uzaqgörən xarici siyasəti və rəşadətli ordumuzunqəhrəmanlığı sayəsində Azərbaycan öz gücünü dünyayasübut etdi və düşməni yerinə oturtdu.Bu gün Qarabağda vəŞərqi Zəngəzurda aparılan nəhəng quruculuq işləri, “BöyükQayıdış” proqramının uğurla icra edilməsi cənabPrezidentimizin xalqımıza verdiyi vədlərin tam vədəqiqliklə yerinə yetirildiyinin bariz sübutu vənümunəsidir.Eyni zamanda Azərbaycan Dövlətinin TürkDövlətləri Təşkilatında apardığı və siyasətlər bir dahaölkəmizin gücünün və Türk birliyinə verdiyi töhfələrin bariznümunəsidir.

​​Prezidentimiz İlham Əliyevin vurğuladığı vacibməqamlardan biri də ölkəmizdə həyata keçirilən kadrislahatları, siyasi dialoq mühitinin genişlənməsi vəidarəetmə sisteminin müasirləşdirilməsi idi. YeniAzərbaycan Partiyasının fəaliyyətindəki yenilənmə, gənclərin partiya sıralarında daha fəal təmsil olunması vəmilli həmrəyliyimizin möhkəmləndirilməsi dövlətimizindayanıqlı inkişafının əsas təminatıdır.

​​Ölkə rəhbərimizin ətrafında sıx birləşən Azərbaycanxalqı hər zaman olduğu kimi bu gün də öz Liderinə sonsuzinam və etimadını göstərir. Qazandığımız hər bir uğur, həyata keçirilən hər bir nəhəng layihə və beynəlxalq aləmdəartan nüfuzumuz məhz Prezidentimiz İlham Əliyevinqətiyyətli və məqsədyönlü siyasətinin bəhrəsidir.

​​Mən də bir gənc vətəndaş kimi, Yeni AzərbaycanPartiyasının VIII Qurultayında səsləndirilən stratejihədəfləri tam dəstəkləyir,gəncləri ölkəmizin işıqlı gələcəyi, qüdrətli dövlətçiliyimiz və xalqımızın rifahı naminə gərginfəaliyyət göstərən Möhtərəm Prezidentimiz cənab İlhamƏliyevin ətrafında yumruq kimi birləşməyimizə bir dahasəsləyirəm. Biz birlikdə güclüyük və Cənab Prezidentimizinrəhbərliyi ilə Azərbaycanı daha böyük zəfərlər, yüksəkzirvələr gözləyir!

 

Elgün Rüstəmli,
YAP Yasamal rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Back to top button